Loading...
Loading...
SEÇMƏ

MeyArt – “Muzeylər pulsuz olsa, uşaqlarımızı gətirə bilərik”

Müsabiqənin finalında canlı yayımda münsiflər heyətinin səsləri açıqlanan zaman növbə Azərbaycana çatanda texniki problemlərə görə nəticələri Avropa Yayım Birliyinin nümayəndəsinin açıqlayacağı bildirilib. Analoji halla Gürcüstan və Ruminiya da qarşılaşıb. Həmçinin Avropa Yayım birliyinin üzvü olan İctimai televiziya heç bir texniki nasazlıq olmadığını bildirib. Televiziya bildirib ki, Avroviziya təşkilatçıları onlardan israrla başqa nəticələrin açıqlanmasını istəyiblər. Avropa Yayım Birliyi rəsmi açıqlamasında bildirib ki, 6 ölkə Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya, San Marino arasında xal transferi olub. Paslaşma nəticəsidə altı münsifdən dördü ən azı bir 12 xal qazanıb. Qurum bildirib ki, belə bir miqyasda münsiflər heyətinin səsvermə qaydasının pozulması misli görünməmiş haldır. Və nəticədə Avropa Yayım Birliyi 6 ölkənin münsif səslərinin ləğv olunması ilə bağlı açıqlama verib. Avroviziya 2020 müsabiqəsinin qalibi, “Stefaniya” mahnısı ilə Ukraynanın “Kaluş Orkestri” qrupu olub.

Mədəniyyət Nazirliyi Qarabağda, azad edilmiş ərazilərdəki 706 abidədən 404-nü aşkarlayıb. Nazir Anar Kərimov bildirib ki, azad olubmuş ərazilərdə 1000-ə yaxın mədəniyyət müəssisəsi siyahıya alınıb: “Bura kitabxanalar, muzeylər, mədəniyyət klubları və digər mədəni müəssisələr daxildir. Aşkar edilmiş abidələr dağıntıya məruz qalma nisbətlərinə və əhəmiyyətinə görə qruplaşdırılır. Həmin abidələrin bərpası üçün “yol xəritəsi” də hazırlanıb deyə nazir bildirib.

Rusiyanın rok müğənnisi Zemfira “Мясо” (The Meat) adlı Ukraynadakı hərbi əməliyyatlardan bəhs edən yeni mahnısını təqdim edib. Klip hərbi mövzulu rəsmlərdən ibarətdir.

Fevralın 24-də Rusiya Ukraynaya hərbi müdaxiləyə başladığı gün Zemfira sosial şəbəkədən “Müharibəyə yox!” deyib.

17 May – Beynəlxalq Homofobiya ilə Mübarizə Günündə “Bədənimə Günəş” adlı qısa bədii filmin premyerası keçirilib. Film Minority Azerbaijan layihəsi çərçivəsində ərsəyə gəlib. Ekran işi LGBTQ icmasının üzləşdiyi çətinliklərə işıq salır.

Meydan TV

Gözdən qaçırmayın:  Azərbaycanda bazar günü 4 nəfər koronavirusa yoluxub, 7 nəfər sağalıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button