2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Microsoft-a kiberhücum reallaşdırmış hacker qruplaşması indi də Vodafone-nun serverlərini hack edib

    Dünən xəbər verilmişdi ki, Lapsus$ adlı hacker qruplaşması Microsoft şirkətinin bəzi məhsullarının mənbə kodlarını oğurlayıb. İndi isə məlum olub ki, həmin hacker qruplaşması məşhur Vodafone mobil şəbəkə operatoruna qarşı da kiberhücum reallaşdırıb. Hackerlərin verdikləri məlumata əsasən reallaşdırılmış kiberhücum nəticəsində onlar 200 GB həcmində məlumatlar bazasını oğurlayıblar. Oğurlanmış məlumatlar isə əsasən Vodafone-nun proqram təminatlarını əhatə edən mənbə kodlarını özlərində birləşdirirlər.

Saytların yığılması Saytlarin yigilmasi

    Oğurlanmış məlumatlar GitHub-ın 5000 ədəd repozitoriyasında yerləşdirilib. Vodafone şirkətinin məlumatlarından əlavə olaraq Lapsus$ həmçinin Portuqaliyanın Impresa adlı media korporasiyasının məlumatlar bazası ilə mənbə kodunu və elektron kommersiya ilə məşğul olan MercadoLibre ilə MercadoPago şirkətlərinin mənbə kodlarını oğurlayıb. Reallaşdırılmış kiberhücumlardan sonra sözügedən hacker qruplaşması öz Telegram kanalında oğurlanmış mənbə kodlarından ilk olaraq hansının açıq şəkildə paylaşmaq lazım olduğu barəsində sorğu aparıb.

    Sorğuda liderlik edən isə Vodafone olub. Vodafone bildirib ki, o hal hazırda bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları vasitəsilə istintaq aparır. Bundan əlavə olaraq mobil şəbəkə operatorunun təmsilçiləri bildiriblər ki, oğurlanmış məlumatlar bazasında istifadəçi məlumatları mövcud deyil. Qeyd etmək lazımdır ki, sözügedən hacker qruplaşması Vodafone və Microsoft-dan əlavə olaraq bir neçə müddət bundan öncə həmçinin Samsung NVIDIA şirkətlərinə qarşı da kiberhücumlar reallaşdırmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button