Loading...
Loading...
Texnologiya

Microsoft HDD yaddaş dəstəkli yeni kompüterlərin qutudan Windows 11-ə sahib olmalarını qadağan edə bilər

    Trendfocus şirkətinin analitiklərinin verdikləri məlumata əsasən Microsoft şirkəti OEM (Original Equipment Manufacturer) istehsalçılarını kompüterlərdə sistem yaddaşı qismində HDD-dən istifadədən imtinaya məcbur etməyi planlaşdırır. Gözləntilərə əsasən Windows 11-in yalnız SSD dəstəkli kompüterlərə qutudan quraşdırılması tələbi gələn il qüvvəyə minəcək. Trendfocus şirkətinin vitse-prezidentinin sözlərinə əsasən Microsoft ilk öncə Windows 11-in HDD-yə quraşdırılması üzrə OEM praktikadan artıq bu il imtina etməyi planlaşdırırdı. Lakin daha sonra Microsoft öz partnyor şirkətləri ilə mövcud olan razılaşmaları səbəbilə bu prosesin reallaşdırılmasını 2023-cü ilə təxirə saldı. Qeyd etmək lazımdır ki, söhbət, Windows 11-ə sahib olan yeni kompüterlərdən gedir.

    HDD yaddaşlı kompüterlərə sahib istifadəçilər barəsində hələ heç bir məlumat yoxdur. Maraqlısı ondadır ki, Windows 11-in sistem tələblərində əməliyyat sisteminin quraşdırılması üçün sırf SSD-nin istifadəsi barəsində heç bir məlumat yoxdur. Tələblər arasında sadəcə olaraq kompüterin minimum 64 GB-lıq daxili yaddaşa sahib olmasının vacibliyi qeyd edilib. Bundan əlavə olaraq SSD yaddaş DirectStorage funksiyasının və Windows-da Android tətbiqlərin işə salınması üçün nəzərdə tutulmuş alt sistemin çalışması üçün lazımdır. Lakin SSD əməliyyat sisteminin standart rejimdə çalışmasına heç bir təsir göstərmir. Microsoft təmsilçiləri qeyd ediblər ki, onların bu məsələ ilə bağlı bildirəcəkləri hələ ki, heç bir fikir yoxdur. Müasir kompüter və noutbukların SSD ilə təchiz olunduqlarını nəzərə alsaq, Microsoft tərəfindən planlaşdırılan bu qərar əsasən büdcəli cihazları əhatə edəcək. 

Gözdən qaçırmayın:  'Call of Duty: Modern Warfare II'nin videosu təqdim olunub və onun barəsində ilk məlumatlar verilib (VİDEO)

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button