2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Microsoft, PayPal, IBM, Adobe, Apple və digər şirkətlər Rusiyada fəaliyyətlərini dayandırıblar

    Ukraynada baş verən müharibə səbəbilə Rusiyada fəaliyyətini dayandıran şirkətlərin sayı getdikcə artır. Rusiyada fəaliyyətini dayandırmış şirkətlər arasına artıq Microsoft, Apple, Samsung, IBM, PayPal, Adobe, Apple və s. var. Qeyd etmək lazımdır ki, Rusiyada həmçinin Facebook Instagram da bloklanıb. Sözügedən şirkətlərin təmsilçiləri bu məsələ ilə bağlı fikirlərini səsləndiriblər. Microsoft şirkətinin direktorlar şurasının prezidenti olan Brad Smith bildirib ki, Microsoft-un məhsulları ilə xidmətlərinin Rusiyada təqdim edilməsi dayandırılıb. Bununla yanaşı o qeyd edib ki, şirkət əməkdaşları Ukraynada baş verən hadisələrdən şokdadırlar. Adobe şirkətinin rəhbəri Shantanu Narayen şirkətin korporativ bloqunda bildirib ki, Adobe Rusiyada bütün yeni məhsulların satışlarını dayandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

    Bundan sonra Rusiya vətəndaşları Photoshop, Premiere Pro və şirkətin digər məhsullarını rəsmi şəkildə ala bilməyəcəklər. Məlumatda qeyd edilib ki, daha öncədən Adobe şirkətinin məhsullarını əldə etmiş şəxslər onlardan istifadə etməyə davam edə biləcəklər. Lakin həmin məhsullardan istifadə müddətinin uzadılması mümkün olmayacaq. Samsung şirkətinə gəldikdə isə məlumata əsasən o öz smartfonları ilə prosessorlarının Rusiyada satışlarını müəyyən müddətlik dayandırıb. Samsung bildirib ki, bunun əsas səbəbi mövcud olan logistik problemlər ilə bağlıdır. Mastercard Visa ödəniş sistemləri həmçinin rəsmi olaraq bildiriblər ki, onlar Rusiyadakı fəaliyyətlərini dayandırırlar.

    Sözügedən ödəniş sistemlərinin bəyanatlarında qeyd edilib ki, Mastercard və Visa-nı dəstəkləyən bank kartları Rusiya daxilində çalışmağa davam edəcəklər. Lakin həmin bank kartlarından Rusiyadan kənarda istifadə etmək mümkün olmayacaq. Qeyd etmək lazımdır ki, hələ keçən həftə Apple şirkəti öz məhsullarının Rusiyada satışlarını rəsmi şəkildə dayandırmışdı. Bundan əlavə olaraq Meta şirkəti Rusiyada Facebook və Instagram üçün reklam targetinqini deaktiv edib. Bundan sonra rusiyalı reklamverənlər həm Rusiya həm də digər ölkələr üzrə öz məhsullarının reklamlarını Facebook-da və Instagram-da yerləşdirə bilməyəcəklər. Bu cür qərarın ardınca Facebook ilə Instagram Rusiyada rəsmi olaraq bloklanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button