2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Microsoft” rəsmisi: “Azərbaycan universitetlərində bəzi tələbələr elektron sistemdən qiymətləri siliblər”

“Azərbaycanın dövlət ali təhsil müəssisələrinin daxilindəki elektron imtahan və tədris idarəetmə sisteminə müdaxilə halları olub”.
Bunu “Microsoft”un təhsil proqramları üzrə meneceri Emin Axundov deyib.
Onun sözlərinə görə, hətta bəzi hallarda bunu tələbələr ediblər: “Onlar ya qiymətləri dəyişib, ya silib, ya da şəffaflıq sistemini pozublar: “Nəticədə universitetlərin fəaliyyətində iş dayanıb, onların işlərini yenidən bərpa etməsi üçün böyük maliyyəyə səbəb olan xərclər yaranıb. Bununla bağlı təhlükəsizlik ilk növbədə müəssisənin daxilində qorunmalıdır”.
E.Axundov bildirib ki, sistem təhlükəsizliyi üçün istifadə olunan proqramların mənbəyi bilinməlidir: “Müəssisə proqramın haradan əldə olunduğunu, onu hansı şirkətin idarə etdiyini və onun içərisinə nə qoyduğunu bilməlidir. Ona görə də proqram təminatının lisenziyalaşdırılması çox vacibdir. Müəssisələr proqramları məhz lisenziya qaydalarına görə sahibkarlardan almalıdırlar”.
“Microsoft”un rəsmisi qeyd edib ki, elektron sistemlərinə müdaxilə olan universitetlərdə proqram təminatları ən azından onların şirkətlərinin lisenziya qaydalarına uyğun istifadə olunmayıb: “Sistemə müdaxilənin bir səbəbi bu da ola bilər. Müəssisə proqram təminatını bizdən almırsa, deməli, onu pirat üsulla əldə edir. Proqramın işləməsi üçün də piratlar – cinayətkarlar ona müdaxilə etməlidirlər. Müdaxilə nəticəsində piratların həmin sistemə nə qoyduğu bilinmir. Bunu yalnız özləri bilirlər. Belə sistemlər üçün hər zaman təhlükə olur. Məhsulun əsl sahibi buna cavabdeh ola bilməz, çünki proqramı onlara başqa qurum verib. O da ola bilsin ki, bunu internetdən yükləyib. Ona görə də sistemə hansı müdaxilələrin olduğunu demək çox çətindir”.
E.Axundov vurğulayıb ki, bu gün ölkə üzrə proqram təminatında piratçılığın səviyyəsi 84 faiz təşkil edir.

Report

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button