2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

MİDA-nın mənzil seçiminin nəticələri ləğv olundu

Yayımlandı: 8 İyul 2022 17:55

Mənzil seçimi prosesi yenidən keçiriləcək

“Güzəştli mənzil” mənzil seçimi mərhələsinin nəticələri ləğv edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) iyulun 8-də yaydığı birgə məlumatında bildirilib.

Qeyd olunub ki, martın 30-da “Güzəştli mənzil” sistemi üzrə mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi olub:

“Araşdırmalar nəticəsində müdaxilədə şübhəli sayılan E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri müəyyən edilərək saxlanılıblar”.

Məlumatda adları çəkilən şəxslər və digərlərinin Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə məsuliyyətə cəlb edildiyi vurğulanıb.

“Həmin şəxslər qabaqcadan əlbir olub ayrı-ayrı qruplar halında maddi maraq zəminində onlara müraciət etmiş “Güzəştli mənzil” sistemi istifadəçilərinin güzəştli şərtlərlə mənzilə sahib olmalarını qeyri-qanuni yollara əl atıblar. Onlar kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb, tətbiqini həyata keçirməklə mənzil seçimi prosesinin sürətli keçidini təmin ediblər. Bununla da digər vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə maneçilik törətməklə əhəmiyyətli zərər vurublar”,-deyə bildirilib.

Hər iki dövlət qurumu Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində 442 mənzilin seçimi yenidən həyata keçiriləcəyini qeyd edib:

“Mənzil seçimi prosesinin yenidən təşkil olunacağı tarix barədə ictimaiyyətə məlumat veriləcəkdir”.

Aprelin 15-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və MİDA 5 saniyəyə 442 evin satılmasıyla bağlı cinayət işi başlanıb.

Mənzil İnşaatı Dövlət Agentliyi 2016-cı ilin aprelində prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb.

Agentliyin əsasnaməsinə görə, hədəflərindən biri vətəndaşların güzəştli mənzil əldə etmələrinə şərait yaratmaqdır. Agentliyə müraciət edən gənc ailələrin yaşı 35-dən yuxarı olmamalıdır. O cümlədən, ev ipoteka krediti ilə alındığı zaman 10 faiz minimal ödəniş tələb olunur.

Kredit illik 4 faiz dərəcəsi olmaqla 3-30 il müddətinə verilir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button