2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Mikayıl Cabbarov Məleykə Abbaszadəni ‘susdurdu’

Təhsil Nazirliyinin istədiyi oldu…

‘Qəbul imtahanlarının nəticələri təhlil edilməyəcək

Ölkə başçısı Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsinin nizamnaməsinə dəyişiklik edib. Dəyişikliklər mərkəzin hüquqları ilə bağlıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Dəyişikliyə görə, Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq və nəticələri prezidentə, Təhsil Nazirliyinə təqdim etmək hüququ ləğv edilib.

Başqa bir dəyişikliklə mərkəzə öz fəaliyyət istiqamətlərinə uyğun rəylər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq hüququ verilib. Mərkəz bu hüququ daxilində analitik materiallar hazırlaya, elmi tədqiqatlar apara, dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verə biləcək.

Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarının yekunlarına dair apardığı elmi-statistik təhlillər tez-tez Təhsil Nazirliyi ilə mübahisələrə səbəb olurdu.

Mərkəzin rəhbəri Məleykə Abbaszadə nəinki indiki təhsil naziri Mikayıl Cabbarovun, ondan əvvəlki nazir Misir Mərdanovun da dövründə imtahan nəticələrini təhlil edib orta məktəblərdə təhsilin səviyyəsini tənqid edirdi.

Bu ilin aprel və iyununda qəbul imtahanlarının nəticələri kontekstində dərsliklərin təhlilinin tənqidi nəticələri açıqlanmışdı. Təhlili Təhsil Nazirliyi narazılıqla qarşılamışdı.

Təhsil Nazirliyindən mərkəzin rəylərinə ”bu iradlardan kommunist ideologiyasının qoxusu gəlir” deyə cavab vermişdilər.

Dövlət İmtahan Mərkəzi 2016-ci ilin əvvəlində prezidentin fərmanı əsasında yaradılıb. Həmin fərman 1992-ci ildən fəaliyyətə başlayan Dövlət Tələbə Qəbulu Komissiyasının, eləcə də Dövlət Qulluğuna Qəbul Məsələləri Komissiyasının ləğvini nəzərdə tuturdu. İki strukturun bazasında Dövlət İmtahan Mərkəzi yaradılıb.

Azadlıq Radiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button