Now Reading:
Mikayıl Cabbarovun Fazil Məmmədovu həbsə aparan çıxışı

Bu gün Bakıda keçirilən “Vergilər. Şəffaflıq. İnkişaf” adlı konfransda vergilər naziri Mikayıl Cabbarov sələfi Fazil Məmmədovun fəaliyyətini tənqid edib. Mikayıl Cabbarov şıxışında bildirib ki, bəzi hallarda plan və proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələr tələb edilib.

Nazir deyib ki, vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsindən ötrü bütün resurslar səfərbər ediləcək.

Fazil Məmmədovun nazir olduğu dönəmdə vergi ödəyicilərindən artıq ödəmələr tələb olunması barədə mediada kifayət qədər yazılıb. Vergi işçilərinin “qara kassa” adı altında vergi ödəyicilərinin üzərinə aylıq, illik haqq qoymaları barədə ittihamlar səsləndirilib. Lakin istər Vergilər Nazirliyi, istərsə də bütövlükdə hökumət bu ittihamların əsassız olduğunu bildirib.

İndi Mikayıl Cabbarov “artıq ödəmələr tələb edilib” deməklə vaxtilə mətbuatın yazdıqlarını, sahibkarların dediklərini təsdiq edib. Nazirin bu açıqlaması ilk baxışdan sıradan bir ittiham kimi görünə bilər. Lakin belə mülahizələr irəli sürülür ki, prezident seçkisi ərəfəsində Mikayıl Cabbarovun belə bir açıqlama verməsi təsadüfi deyil. Bu açıqlama Fazil Məmmədovun nazir olduğu dönəmdə vergi orqanlarında baş verənlərin görünməyən tərəflərinə işıq sala bilər. Digər tərəfdən Mikayıl Cabbarovun çıxışı göstərir ki, Fazil Məmmədovun fəaliyyəti ciddi şəkildə araşdırılır. Bu isə keçmiş nazirin səhhətinə görə öz ərizəsilə işdən azad edilməsini faktının üzərindən xəttə çəkir və belə ehtimallara yol açır ki, Fazil Məmmədov ciddi səhvə yol verib. Bu səhv heç şübhəsiz maliyyə əməliyyatları ilə bağlıdır. Təsadüfi deyil ki, Fazil Məmmədov işdən çıxarılanda onun ölkədən külli miqdarda pul çıxarmaq istədiyi barədə iddialar səsləndirilirdi. Bu iddiaların həqiqət olub-olmadığını demək çətindir. Amma görünən odur ki, Fazil Məmmədov komandada etimadını itirdiyinə görə vəzifəsindən uzaqlaşdırılıb.

Mikayıl Cabbarovun nazir təyin olunduğu qısa müddətdə vergi orqanlarını Fazil Məmmədovun kadrlarından təmizləməyə başlaması da keçmiş nazirlə bağlı hansısa planın olduğuna şübhələri artırır. Mikayıl Cabbarovun bu gün keçirilən konfransda onun fəaliyyəti üzərində xüsusi dayanmasını nəzərə alsaq, güman etmək olar ki, Fazil Məmmədov işdən çıxarılmaqla məsulyyətdən yaxa qurtara bilməyəcək. Tamamilə mümkündür ki, növbəti mərhələdə onun həbsi gündəmə gəlsin.

Az24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.