2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mikroavtobusun sürücüsü həbs edildi

Yük maşınının sürücüsü Elvin Şəmistanlı da istintaqa cəlb edilib

Saytların yığılması Saytlarin yigilmasi

Bakı-Sumqayıt şosesində 6 nəfərin ölümü ilə nəticələnən qəzaya düşən mikroavtobusun sürücüsü barəsində həbs-qətimkan tədbiri seçilib.

Məlumat AzadlıqRadiosuna Abşeron rayon Məhkəməsindən verilib

Bildirilib ki, məhkəmənin qərarı ilə 50-BN-132 dövlət qeydiyyat nişanlı “Ford” markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Namiq Hüseynov barəsində 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib:

“Hadisə zamanı yol kənarında dayanmış “ZİL” markalı yük maşınının sürücüsü Elvin Şəmistanlı da istintaqa cəlb edilib. Ancaq o həbs olunmayıb”.

2017-ci il martın 9-da “Ford” markalı mikroavtobus Bakı-Sumqayıt şosesində hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış yük maşınına çırpılıb. Nəticədə 6 nəfər vəfat edib. 20-dən çox şəxs isə müxtəlif dərəcədə xəsarət alıb. Onlardan 4 nəfərinin müalicəsi davam edir. Ölən və xəsarət alanların əksəriyyəti tələbə olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button