Now Reading:
Millət vəkili: “Bir dəfə sulu qəlyandan istifadə 200 siqaretin çəkilməsinə bərabərdir”

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, “Sağlam Düşüncə” Gənclər təşkilatı və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Tütünlə Mübarizə üzrə IV Milli Konfrans keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov və digər rəsmilər iştirak ediblər.

İSİM-in direktoru C. Məmmədov “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” qanunun əhəmiyyətindən danışıb. O bildirib ki, 2020-ci ilə kimi Azərbaycanda tütündən istifadənin 10% azaldılması planlaşdırılır.

M. Quliyev qeyd edib ki, “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” qanunun qəbul olunması hamı üçün vacibdir: “Qanunun mahiyyəti tüstüsüz mühit yaratmaqdan ibarətdir. Qanun qəbul edilən zaman sulu qəlyanlarla bağlı mübahisələr yaranmışdı. Nəticədə sulu qəlyanlardan da istifadə qadağan edildi. Qeyd edim ki, bir sulu qəlyandan istifadə 200 siqaretin çəkilməsinə bərabərdir”.

Millət vəkili onu da bildirib ki, İSİM-in apardığı sorğunun nəticələrinə görə Azərbaycanda tütündən istifadə edənlərin 70%-i siqareti tərgitməyə hazır olduqlarını deyiblər.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.