Now Reading:
Millət vəkili ermənilərə “hədiyyə” verməyi təklif etdi – Gözdağı hədiyyəsi…

Millət vəkili ermənilərə “hədiyyə” verməyi təklif etdi – Gözdağı hədiyyəsi…

Fazil Mustafa: “24 apreldə Türkiyə-Azərbaycan birgə təlimlərinin keçirilməsi belə bir “hədiyyə” olar”
Məlum olduğu kimi, may ayının əvvəlində Azərbaycan və Türkiyənin ordu hissələri birgə hərbi təlimlər həyata keçirəcək. Maraqlıdır, son illər mütəmadi xarakter alan bu təlimlər Azərbaycan ordusu baxımından nə dərəcədə mühüm əhəmiyyət kəsb edir?
Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bu təlimlərin Azərbaycan və Türkiyə üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulamaqla yanaşı, 24 aprel tarixində də birgə təlimlər keçirməyin vacibliyinə diqqət çəkdi:
“Mən Milli Məclisdə bir neçə dəfə belə bir fikir bildirmişdim ki, Azərbaycan-Türkiyə hərbi təlimləri 24 apreldə keçirilsə, daha yaxşı olar. Bu, ermənilərin qondarma soyqırım iddiasına bizim hədiyyəmiz olar. Bu, o anlama gələr ki, Azərbaycan və Türkiyə bir yerdədirlər, bir-birlərini müdafiə edirlər, həmrəyliyə sahibdirlər.

May ayının əvvəlində bu cür təlimlərin keçirilməsi də yüksək qiymətləndirilməlidir. Düşmənə bununla çatdırmaq lazımdır ki, bu iki dövlətin maraqları bir-birlərinin suverenliyini qorumaq istiqamətində üst-üstə düşür və biz qardaş dövlətlər kimi bir-birimizə həmişə dəstək verəcəyik”.

Input your search keywords and press Enter.