2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

“Millət vəkilləri problemin nəmənə olduğunu belə bilmirlər”

Eldəniz Quliyev: “Kaş ki, millət vəkilləri üçün inşa efilən mənzillər şəhid ailələrinə verilə”

 

Milli Məclisin son toplantısında bəzi millət vəkilləri deputatlar üçün inşa edilən binada işlərin ləng getməsi ilə bağlı narahatlığını ifadə edib. Millət vəkillərinin xalqın ağır iqtisadi-sosial vəziyyətdə yaşadığı bir dövrdə özlərinin mənzil probleminə ortaya atması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlıdır, həqiqətənmi bu gün Milli Məclisdə təmsil olunan deputatların ciddi mənzil problemi var? Ümumiyyətlə, millət vəkillərimizin mənzil probleminin mövcud olması nə dərəcədə inandırıcı görünür?

24saat.org-a açıqlama verən Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev millət vəkillərinin sosial problemlərdən tamamilə uzaq olduğunu vurğuladı:

“Düşünmürəm ki, millət vəkillərinin kəskin, ya qeyri-kəskin mənzil problemi olsun. Əslində, onlar heç problemin nəmənə olduğunu da bilmirlər; İsti-rahat yerləri, daşdan keçən əlaqələri, obyektləri, pul-paraları, komfort yaşayışları da öz yerində… Hazırda onların əksəriyyətinin bircə narahatlığı var: necə edək ki, daha çox güzəşt, daha artıq hörmət və tumar qazanaq? Yox. Xalqdan yox! Hakim dairədən. Əsas, vəkillikdi- millətin olmasan da olar. Təəssüf və sədd heyif ki, ən ali məqsədləri öz millətinin qayğısına qalmalı olan bu vəkillər, hazırda daha çox siyasi dəllal statusu daşıyırlar. Ən pisi isə, xalqın başında “turp əkmək” prosesində “aqronomlara”aktiv şəkildə köməklik edirlər. Kaş ki, vəkillər üçün inşa edilən dediyiniz həmin o bina şəhid ailələrinə, qazilərə, imkansız-kimsəsizlərə veriləydi… Arzudu də, dilə gətirdim,- yəqin ki,arzuya görə adamı öldürməzlər!..”

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button