2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Millətin əfəndisi olmaq ona xidmətdən keçir

Milli Şuranın sədri Cəmil Həsənli

İndi də Sevinc xanıma qarşı hədyan danışırlar. Əslində, indi yox, bir müddət əvvəldən başlayab bu hədyanlar. Guya Sevinc Osmanqızı bir partiyanın mətbuat katibi imiş və onun internet televiziyası bir quruma xidmət edirmiş. Elə dedikləri kimi zaman-zaman qrant təşkilatlarına, donorlara donoslar göndəriblər ki, bu media qurumuna yardım etməyin və guya o bir quruma, AXCP-yə xidmət edirmiş. Əvvələ, AXCP nə pis iş görür ki, onun təbliğatına dəstək vermək qorxunc bir iş kimi təqdim edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Əliyevin antimilli, kleptokratik, korrupsiya rejiminə qarşı duran Xalq Cəbhəsi, millətin haqqın və hüququn bu meydanlarda qoruyan Xalq Cəbhəsi, milli iradənin ifadəçisi kimi mübarizənin önündə gedən Xalq Cəbhəsi, Bu rejimin hədəfinə düçar olub həbsxanalardan keçən cəbhəçilər, öz fədakarlıqları ilə ölkənin siyasi həyatında hadisə yarada bilən cəbhəçilər! Daha nə olmalı idi? Özünə hörmət edən media qurumu bütün bunlardan necə yan keçə bilər? Bir anlığa təsəvvür edin kütləvilik baxımdan cəbhə lideri ilə onun əleyhdarları arasında baxış və bəyənmə göstəriciləri arasında bu qədər fərq ortada olduğu halda, haradandır bu iddialar.

Amma bu da mühüm deyil! Mühüm olanı doğrunu, haqqı, bu millətin azadlığı yolunda fədakarlıq edənləri, milli varlığın ifadəçisi kimi çıxış edən insanların mübarizəsini işıqlandırmaq, saxta balans siyasəti naminə iş görənlərlə görüntü yaradanları,işgəncə labaratoriyalarında dirəniş göstərənlərlə başı rejimin qoltuğundan çıxanları eyniləşdirmək haçandan ədalətin meyarı olub? Amma bu halda belə Sevinc xanıma qarşı irəli sürülən böhtanın heç bir əsası yoxdur. Adam öz iradəsinə dayanaraq, bütün çətinliklərə sinə gərərək, heç bir donordan qara qəpik almadan peşəkar bir media qurumu yaradıb, geniş auditorya formalaşdırıb, millətin inam və etibarını qazanıb, qisasçı Əliyev rejiminin qəzəbinə (yalnız qəzəbini deyil, həm də hədəfinə) düçar olub, özünü və uşaqların təhlükə qarşısına qoyub. Amma bütün təhdidlərə rəğmən “Osmanqızı.tv”ni kleptokratik rejimə qarşı informasiya savaşının ön cəbhəsinə çıxara bilib.

AXCP-nin mətbuat xidməti ifadəsi həm də ona görə böhtandır ki, təkcə son aylar ərzində “Osmaqızı.tv”də kimlər çıxış etməyib: Qubad İbadoğu, Ramis Yunus, Arif Məmmədov, Cavanşir Quliyev, Məmməd İsmayıl, Çingiz Hüseynov, Riçard Kazlariç, Arif Hacılı, Azər Qasımlı, Rəşid Hacılı, Leyla Əliyeva, Leyla Yunus, Ələkbər Raufoğlu, Mehman Əliyev, Oqtay Gülalıyev, Nəsimi Məmmədli, İlham İsmayıl, Aslan İsmayılov, Mehman Hüseynov, Bəxtiyar Hacıyev, Əli Əliyev, Beydulla Manafov, Nazim Bəydəmirli (bu siyahını uzatmaq da olar) və bu böhtanları atanların böyük əksəriyyəti. Elə bu kanalda Əli Kərimli dəfələrlə tənqid edilib. Təkcə Beydulla Manafovun çıxışlarına baxamaq yetərlidir. Amma bu rəngarəngliyi necə görməmək olar? Deməli səbəb bu deyil. Əgər cəbhəçilər bu informasiya məkanında daha güclü görünürlərsə, bunun səbəbini “Osmanqızı.tv”də yox, özünüzdə axtarmalısınız. Sınanmış bir yol var: Millətin əfəndisi olmaq ona xidmətdən keçir! Bunu Mustafa Kemal Paşa, Atatürk deyib!

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button