2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Millət vəkili kreslosunu itirə bilər…

Astan Şahverdiyevlə bağlı imzatoplama kampaniyasına start verilir

 

Məlum olduğu kimi, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev cəbrayıllı köçkünləri “cəmiyyətin tör-töküntüsü” adlandırıb. O, Rusiyaya üz tutan azərbaycanlılar haqqında isə “otxod” ifadəsi işlədib ki, hər iki ifadə cəmiyyətdə mənfi mənada ciddi rezonansa səbəb olub.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org-a daxil olan məlumata görə, artıq baş verənlərdən sonra vətəndaşlar arasında A.Şahverdiyevin əleyhinə imzatoplama kampaniyasına start verilib. Vətəndaşlar hesab edir ki, xalqı təhqir edən, onları aşağılayan bir şəxsin parlamentdə oturmağa, xalq adından danışmağa mənəvi haqqı yoxdur.

Milli Məclisə və Prezident Adminsitrasiyasına təqdim ediləcək siyahıların A.Şahverdiyev üçün hansı nəticələrə yol açacağı hələ bəlli olmasa da, millət vəkilini çətin günlərin gözlədiyi şəksizdir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button