2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Millət vəkili məcburi köçkünlərin vəkil probleminə aydınlıq gətirdi

Elman Məmmədov: “Hər şey dövlət tərəfindən təmin olunur”

Erməni təcavüzü nəticəsində yurd-yuvasından didərgin salınan bir qisim məcburi köçkün ötən il Avropa Məhkəməsinə müraciət edərək onlara dəyən  maddi-mənəvi ziyana görə Ermənistandan kompensasiya tələb etmiş, onların bəzisinin iddiası təmin edilmişdir.

Avropa Məhkəməsinə eyni iddia ilə çıxış etmək istəyən yüzlərlə məcburi köçkün də var ki, onlar vəkil tutmaq üçün lazımi vəsaitə malik ola bilmədikləri üçün bu addımı ata bilmədiklərindən şikayətlənir.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlıdır, Avropa Məhkəməsində Ermənistana qarşı iddia ilə çıxış edən vətəndaşların vəkilə olan tələbatının dövlət tərəfindən ödənilməsi, yaxud vəkil tutmaq üçün onlara bəlli bir məbləğdə maliyyə vəsaitinin ayrılması mümkündürmü?

24saat.org-a açıqlama verən millət vəkili Elman Məmmədov bu məsələ ilə bağlı hər şeyin dövlət tərəfindən həll edildiyinə diqqət çəkdi:

“Məlumat üçün qeyd edim ki, erməni təcavüzü nəticəsində köçkün düşən insanların öz haqlarını bərpa etmək məqsədi ilə Avropa Məhkəməsinə müraciət etmələri üçün şəxsi vəsaitləri hesabına vəkil tutmalarına ehtiyac yoxdur. Bu, tamam başqa bir mexanizmdir. Onların hamısı dövlət tərəfindən müvafiq qaydada vəkillə təmin olunur. Yəni bunun üçün vətəndaşın şəxsi vəsait sərf etməsinə ehtiyac yoxdur”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button