2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Millət vəkilindən müharibə hədəsi

 

Aydın Mirzəzadə: “Ermənistanla danışıqlar səmərə verməsə, Azərbaycan nə edəcəyini yaxşı bilir”

Millət vəkili Aydın Mirzəzadə 24saat.org-a açıqlamasında Qarabağ probleminin sülh yolu ilə həlli perspektivini şərh edib. Millət vəkilinin sözlərinə görə, əgər Ermənistan bu vaxta qədər olduğu kimi, bundan sonra da danışıqları formal olaraq davam etdirmək siyasəti yürütsə, problemin diplomatik yolla həllinə imkan yaratmasa, o zaman Azərbaycan işğaldakı torpasqlarını hərb yolu ilə azad edəcək:

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycan Dağlıq Qarabağ probleminin həllində, torpaqların işğaldan azad olunmasında israrlıdır. Bunun üçün bütün yollardan istifadə etməyə çalışır. Diplomatik yol da bunlardan biridir. Azərbaycan problemin həlli üçün bütün vasitələrdən, o cümlədən hərb yolundan istifadə edəcəyini dəfələrlə bəyan edib. Əgər danışıqlar müəyyən bir ümid verəcəksə, Ermənistan tərəfdən konstruktiv görünəcəksə, Azərbaycan diplomatik danışıqların davam etdirilməsinə gedəcək. Əgər bu danışıqlar Ermənistan tərəfindən formal xarakter daşıyacaqsa, Ermənistan yenə beynəlxalq ictimaiyyəti aldatmaq yolu tutacaqsa, Azərbaycan nə edəcəyini yaxşı bilir”.

Seymur Əliyev

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button