2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Millət vəkilindən sərnişindaşınmadakı özbaşınalığa sərt reaksiya

“Bu gün səhər Bakı-Sumqayıt yolunda baş vermiş avtomobil qəzası və beş nəfərin həlak olması xəbəri hər bir kəsi sarsıtdı. Həm həlak olanların, həm 20 nəfər yaralının gənc, tələbə olması çox ciddi bir hadisədir. Hadisə göstərdi ki, sərnişin daşınması məsələsinə ciddi diqqət ayrılmalıdır”.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin komitə sədrinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) şöbə müdiri Aydın Mirzəzadə bildirib.
Millət vəkilinin sözlərinə görə, bu sahədə ciddi, əməli işlər görülməli, qanunu pozanlar sərt şəkildə cəzalandırılmalıdırlar: “Bakıdan Sumqayıta və şəhərətrafı qəsəbələrə hərəkət edən bütün avtobusların sazlığı yoxlanmalı, tələblərə cavab verməyənlər marşrutlardan kənarlaşdırılmalıdır. Avtobusların konstruksiyalarında dəyişikliklərə yol verilməməli, bunu edənlər ciddi pul cəriməsinə məruz qalmalıdırlar.
Yük avtomobillərinin özbaşına sərnişin avtobuslarına çevirilməsi cinayət əməli kimi qiymətləndirilməli, sürücülərə qarşı tələblər sərtləşdirilməlidir. Marşrutlarda ancaq yeni avtobusların işləməsi məsələsi ciddi şəkildə tələb edilməlidir. İnsanlarımızın, xüsusi ilə gənclərimizin başısoyuqluq nəticəsində dünyasını dəyişməsi hallarına qarşı sərt mövqe tutmalıyıq!.
Qəzada ölənlərin ailələrinə Allahdan rəhmət diləyirəm”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button