2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Milləti saymayan millət vəkilləri

Onların etik davranışı haqqında qanun nəyi dəyişəcək?

Deputatların etik davranış qaydaları haqqında qanun layihəsi hazırlanıb. Layihədə deputatların bir-birlərinin əvəzinə səs verməsi qadağan edilib. Bir neçə ilə əvvəl bu biabırçılığı əks etdirən görüntülər yayılmışdı. Və yaxşı ki, yayılmışdı. Yoxsa belə bir qadağanı tətbiq etmək yada düşməzdi.
Əslində normal parlamentlərdə belə qadağalara ehtiyac yoxdur. Çünki normal parlamentlərdə deputatlar öz məsuliyyətini dərk edir, seçicilərinə hörmətlə yanaşırlar. Amma saxtakarlıqlarla formalaşdırılan parlamentlərdə deputatlar üçün müzakirələr, hətta qanunlar əhəmiyyət daşımır. Axı saxta mandata sahib olan deputatı öz maraqları düşündürür. Zatən, o seçicilərinin deyil, özünün mənafelərini qorumaq üçün ətək-ətək pullar xərcləyərək mandat əldə edib.
Layihədə o da qeyd olunub ki, deputat Milli Məclisin iclaslarının aparılmasına mane olmamalı, çıxış edənlərin sözünü kəsməməli, kənar müdaxilələr etməməli, çıxışlarında kobud ifadələr istifadə etməkdən çəkinməli, iclasın normal gedişini və iş qaydasını pozmamalı, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, qanunsuz hərəkətlərə çağırmamalıdır. Uzağa getmirəm, elə bu gün Böyük Britaniya parlamentindəki müzakirələrə baxdım. Ağız deyəni qulaq eşitmirdi. Təklif verən kim, etiraz edən kim, replika verib düzəliş edən kim… Həftədə də bir dəfə baş nazir gəlib çıxış edir, müxalifət vəkillərinin debatları təşkil olunur. Ölkə əhəmiyyətli məsələlərdə bir-birinə güzəştə getmirlər, ölkələri üçün daha təkmil qanunların qəbulu naminə özlərini az qala həlak edirlər. Fasilə zamanı isə bir-briləri ilə heç nə olmamış kimi davranırlar. Çünki hansısa klana bağlı deyillər, səsləndirdikləri fikirlər hansısa qrupun maraqlarına xidmət etmir. Dünyanın ən inkişaf etmiş ölkələrinin parlamentləri belədir. Axı müzakirələr olmayan yerdə inkişaf necə ola bilər? Nəyin yaxşı, nəyin daha yaxşı olmasını geniş müzakirələr aparılmasa necə müəyyən etmək olar?
Açığı bizim parlamentdə belə bir qanun lahiyəsinə ehtiyac var idimi, bilmirəm. Çünki, real müxalifətin olmadığı, əvəzində təyinatla parlamentdə oturanlara nə deyirlərsə, onu da danışırlar. Danışın deyilirsə, danışırlar, susun əmri gəlirsə, susurlar. Onsuz da deputatların bir-birləri ilə işləri yoxdur. Onlar heç zaman bir-birlərinə hörmətsizlik etməzlər. Yetər ki, biri digərinin bazarına girməsin, onun monopoliyasına çomaq soxmasın. Onların işi xalqladır. Hər gün bir deputat xalqı təhqir edir. Sanki bir-birlərilə yarıça giriblər. Biri deyir , “siz otxodsunuz”, başqası deyir ki, “avarasınız”, bir başqası deyir, “müəllim fəhlə işləsin” və s. Normal ölkələrdə isə deputat xalqı təhqir etməz, edə bilməz. Edərsə, daha millət vəkili ola bilməz. Çünki ona səs verməzlər, saxta yolla da seçilə bilməz. Çünki həmin ölkələrdə məzahir pənahovlar yoxdur. Bizdə isə mandatın ömrü xalqı nə qədər çox təhqir etməyindən aslıdır. Təhqir təkcə o deyil ki, xalqa “otxod”, “avara” deyəsən. Mürtəce qanunların qəbulu, haqsızlıqlara qanuni don geyindirilməsi, müəllimlərə fəhlə işləməyi rəva bilmək, yüzlərlə siyasi məhbusun şərlənərək həbs edilməsini görməzdən gəlmək, vətəndaşların şikayətlərini bir qulağından alıb digər qulağından buraxmaq, icra başçıları ilə əlbir olub vətəndaşları yağmalamaq da xalqa qarşı ən böyük təhqirdir.

Saytların yığılması Saytlarin yigilmasi

Aqil Mәhәrrәmov

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button