2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Milli Akademiyanın Tarix İnstitutu ətrafında qalmaqal

Bakı/21.01.22 Yanvarın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında prezident Ramiz Mehdiyev Tarix İnstitutunun direktoru Kərim Şükürovu tənqidə məruz qoyub.

İnstitutda qeyri-sağlam mühit hökm sürür, elmi işin yerini dedi-qodular, bəzi əməkdaşların digərlərinə böhtan atması tutub, deyən Mehdiyev rəhbərliyi vəziyyəti sağlamlaşdırmağa çağırıb.

Amma bu tənqid cavab reaksiyasına səbəb olub, belə ki, institutun direktoru Kərim Şükürov bu iddiaları təkzib edib, Ramiz Mehdiyevi “qeyri-peşəkarlıqda və səriştəsizlikdə” ittiham edib.

Saytların yığılması Saytlarin yigilmasi

Kərimov Akademiyanın prezidentini “məişət intriqalarında” ittiham edib və vəzifəsindən istefa etdiyini bildirib.

Turan-ın Akademiyanın prezidentindən və institutun direktorundan şərh almaq cəhdləri nəticə verməyib. Hər ikisi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Qeyd edək ki, Ramiz Mehdiyev Prezident Administrasiyasının keçmiş rəhbəridir, onun fəaliyyəti uzun illərdir həm müxalifətin, həm də hakim dairələrin tənqidinə səbəb olur. -03Â-

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button