2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Milli fəallardan İran məhkəmə sisteminə müraciət: Azərbaycanlı siyasi məhbusları buraxın

İran Azərbaycanında 161 milli-mədəni fəal İran məhkəmə sisteminin rəhbəri İbrahim Rəisiyə məktub yazaraq, koronavirus təhlükəsindən dolayı siyasi məhbusların sərbəst buraxılmasını tələb ediblər.

Türk fəallar ölkənin məhkəmə sisteminin rəhbərinə müraciət edərək Azərbaycanlı siyasi məhbusların məzuniyyətə buraxılmasını istəyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

Məktubu imzalyanlar özlərini jurnalistlər, şairlər, tədqiqatçılar yazarlar və Azərbaycan vətəndaş fəalları olaraq tanıdaraq, bütün siyasi məhbusların, o cümlədən azərbaycanlı siyasi məhbusların buraxılmasını istəyib. Onlar hal-hazırda həbsdə olan 28 azərbaycanlı siyasi məhbusun adını qeyd edib.

Onlar Həkimə Əhmədi, Əli Əhmədi, Kiyanuş Əslani, Tohid Əmirəmini, Məlihə Bərqi Sədəqiyani, Lətif Həsəni, Qulamrza Rəşidi, Əmir Səttari, Ehsan Şükürxudayi, Murtuza Şükri, Müjgan Siyami, Səccad Şoheyri, Kazım Səfabəxş, Məhəmməd Əbdülməhəmmədzadə, Əli Əzizi, Rəhim Qulami, Əlirza Fərşi, Əbülfəz Fəkuri, Yusuf Kari, Zeynəb Həmrəng Seyidbəyli, Süleyman Kazımi, Abbas Lisani, Saleh Molla Abbasi, Əkbər Nəimi, İbrahim Nuri, Məhərrəm Vəlipur və Əmin Vəlizadədir. Məhbuslar Təbriz, Ərdəbil, Əhər, Marağa, Urmiyə, Evin və Rəcayişəhr həbsxanalarında saxlanılır.

“Dezinfeksiyaedici gigiyena məhsullarının ölkədə qıtlığı var, bəzən çox nadir tapılır və çox bahalaşıb. Təbii ki, bu çatışmazlıqlar və əksikliklər həbsxanalar daxilində cəmiyyətdən daha çoxdur” – deyə, məktubda yazılıb.

İran məhkəmə sisteminə müraciət edən fəallar siyasi məhbusların buraxılmasını müsbət və humanitar addım kimi məhbusların ailələri, ictimaiyyət və beynəlxalq ictimaiyyət tərəfindən diqqətə alınacağını bildiriblər.

Müraciəti imzalayan şəxslər arasında Eyvaz Taha, Heydər Bayat, Həsən Raşidi, Əlirza Sərrafi, Huşəng Cəfəri və Yürüş Mehrəlibəyli kimi yazarlar, şairlər və sabiq siyasi məhbuslar olan tanınmış simalar vardır.

Amerikanın səsi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button