SEÇMƏ

Milli komandanın keçmiş üzvü məhkəmə qarşısına çıxarılır

Yayımlandı: 24 Yanvar 2023 22:04

 İdmançının bir şəxsə bıçaqla xəsarət yetirdiyi bildirilir

Güləş üzrə milli komandanın keçmiş üzvü Elman Muxtarov yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq. İdmançı haqqında cinayət işinin istintaqı yekunlaşıb. Cinayət işinin materialları araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Onun işini Səbinə Məmmədzadənin sədrlik etdiyi hakimlər kollegiyası araşdıracaq. Məhkəmənin hazırlıq iclası fevralın 1-də keçiriləcək.

Elman Muxtarov paytaxt ərazisində Mikayıl Məmmədov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Cinayət işinin materiallarında iddia olunur ki,  idmançı bu hadisədən bir müddət sonra adıçəkilən şəxsin evinə gedib, onu vurub, üstəlik, 2800 manat pulunu da götürüb. Bundan sonra ondan şikayət olunub. Ardınca güləşçi həbs olunub.

Elman Muxtarov Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) və 181-ci (quldurluq) maddələrilə ittiham olunur.

Lakin o, irəli sürülmüş ittihamları qəbul etmir. O, istintaq zamanı özünü təqsirli bilmədiyini deyib.

Uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olan Elman Muxtarov həmçinin Bakıda keçirilən I Avropa Oyunlarının gümüş mükafatçısı, Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi adına layiq görülüb.

Meydan TV

Gözdən qaçırmayın:  Vasif Talıbovun biznes ortağı Gürcüstanda əmlak imperiyası qurub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button