Gündəm
Milli Məclis Novruz Məmmədovu Baş nazir postuna təsdiqlədi

Bu gün Milli Məclis baş nazir postuna namizədlik məsələsinə baxıb.
24saat.org-un məlumatına görə, bu vəzifəyə Azərbaycan prezidenti tərəfindən Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun namizədliyi irəli sürülüb və deputatlar tərəfindən təsdiq edilib.
Milli Məclisdə N. Məmmədovun namizədliyi spiker Oqtay Əsədov tərəfindən elan edilsə də, bu barədə daha əvvəlcədən deputat Zahid Oruc məlumat yayıb.
24saat.org