2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Milli Məclis büdcə layihəsini III oxunuşda qəbul edib

Yayımlandı: 9 Dekabr 2022 13:40

Baş nazir büdcədə hazırkı dövrün reallıqlarının əks olunduğunu deyib

Dekabrın 9-da Milli Məclisin növbəti plenar iclası olub.

Saytların yığılması Saytlarin yigilmasi

İclasda “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Layihədə 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773 milyon 978 min manat, xərcləri 33 milyard 353 milyon 278 min manat məbləğində təsdiqlənib.

Azərbaycanın 2023-cü il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 milyard 300 milyon manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 750 milyon manat olacaq.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 579 milyon 300 min manat məbləğində nəzərdə tutulur.

“Büdcədə hazırkı dövrün reallıqları əks olunub”

“Dövlət büdcəsi illik maliyyə planı olmaqla yanaşı, iqtisadiyyatın güzgüsüdür. Gələn ilin büdcəsində hazırkı dövrün reallıqları, problemləri və çağırışları əks olunub”, – Baş nazir Əli Əsədov belə deyib.

O bildirib ki, ölkədə əsas cari təlabatın ödənilməsi, gələcək inkişaf üçün zəmin yaradılması, sosial-iqtisadi büdcədə ehtiyac və imkanların düzgün balanslaşdırılması təmin edilməlidir.

“Dövlət büdcəsinin tərtibi zamanı biz makroiqtisadi maliyyə sabitliyini, strateji valyuta ehtiyatlarının qorunmasını diqqətdə saxlayırıq”, – deyə baş nazir bildirib.

Nazir əlavə edib ki, son vaxtlar müşahidə olunan beynəlxalq səviyyəli gərginlik, qlobal istehsal zəncirindəki qırılma və digər məsələlər dünyada ərzağın bahalaşmasına, ərzaq qıtlığına səbəb olub:

Foto: NK

“Yüksək inflyasiya fonunda qlobal artım sürətinin zəifləməsi dünya iqtisadiyyatını tənəzzüllə üz-üzə qoyur. Hər kəsə bəllidir ki, dünya fevraldan əvvəlki vəziyyətə bir də qayıtmayacaq”.

Müstəqil iqtisadçılar, ekspertlər isə adətən açıqlamalarında bildirirlər ki, hazırki dövrdə ərzaq qiymətlərinin qalxmasının xarici bazarla əlaqəsi yoxdur. Çünki artıq 8 aydır ki, Avropa Birliyi ölkələrində ərzaq qiymətlərində artım yoxdur. Bir aydan çoxdur ki, inflyasiya dayanıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) də bu yaxınlarda hesabat yayaraq bildirdi ki, Avropada inflyasiya yavaşlayıb və əsas istehlak səbətinə daxil olan ərzaq məhsullarının qiymətləri sabit qalıb.

Ehtiyac meyarı təsdiqlənib

Milli Məclis “2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsini də III oxunuşda müzakirəyə çıxarıb.

Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində nəzərdə tutulub.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib

İclasda “2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib.

Layihəyə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button