2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Milli Məclis ictimai yerlərdə siqareti qismən qadağan edən qanunu qəbul edib

Azərbaycanda açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla, ictimai yerlərdə siqaret çəkmək qadağan edilir.

Bu, cümə günü Milli Məclisin “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsini birinci oxunuşda qəbul etməsindən sonra baş verir.

Saytların yığılması Saytlarin yigilmasi

Qanun layihəsinə görə, təhsil və tərbiyə müəssisələri, onların əraziləri, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar; restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri və digər yerlərdə siqaret çəkmək qadağan ediləcək.

Bu ərazilərdə açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna hesab ediləcək. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.

APA-nın xəbərinə görə, plenar iclasda çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli layihənin hazırlanmasının sosial tələbatdan irəli gəldiyini deyib.

“Azərbaycanda son illər qadınların siqaretə marağı artaraq 1 faizi keçib. Kişilərin 67,5, qadınların 52,5 faizi tütünün təsirindən əziyyət çəkir. Dözülməz hal da odur ki, bunun nəticəsi narkotik aludəçiliyinə gətirib çıxarır. Bu məsələlər də cəmiyyətin narazılığına səbəb olur”, o deyib.

Millət vəkili, layihənin cəmiyyət tərəfindən dəstəkləndiyini də bildirib.

Komitə sədri onu da deyib ki, Azərbaycanın tütün məhsullarına xaricdə maraq çoxalıb və layihənin qəbulu tütünün istehsalını heç də azaltmayacaq.

Qanun layihəsi prezidentin imzasından sonra qüvvəyə minəcək.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button