2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Milli Məclis mübahisəli qanun layihəsini qəbul etdi

Bu gün, dekabrın 16-da Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda müzakirə edilib. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Qanun 6 fəsil və 30 maddədən ibarətdir. Sənədə əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5 min üzvü olmalıdır. Bundan əvvəlki qanunda qeydiyyat üçün yalnız min üzv tələb edilirdi. Üzvlərin sayı 4 min 500-dən aşağı olarsa, həmin partiyanın dövlət qeydiyyatının ləğvi ilə bağlı məhkəmədə iddia qaldırıla bilər.

Qeydiyyatda olan partiyalara üzvlərinin sayını 5 minə çatdırmaq üçün 180 gün vaxt veriləcək. Həmçinin, partiya üzvlərinin reyestri tələb edilir.

Bundan başqa, siyasi partiyanı Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) təsis edə biləcək.

Habelə, yeni layihədə 3 faiz səs şərti ləğv olunur, seçkilərdə parlamentdə yer qazanmayan bütün partiyalar maliyyə yardımı alacaq.

Azərbaycan Xalq Cəbhəsi və Müsavat kimi müxalifət partiyaları bu layihəni tənqid edirdilər. Onlar hesab edirlər ki, yeni qanun hakimiyyətə daha çox siyasi partiyalara nəzarət imkanı yaradacaq.

Amma layihə müzakirələrin gedişində bir xeyli də dəyişdirilib. Əvvəlki layihədə partiya təsisçilərinin sayı 200 nəfər tələb edilirdi. Üstəlik, partiya təsisçiləri 20 il ölkədə daimi yaşamalı idi. Habelə, siyasi partiyaların qeydiyyatı üçün 10 min imza tələbi qoyulurdu. Bundan başqa, iki dəfə ardıcıl seçkiləri boykot edən partiyaların qeydiyyatının məhkəmə qaydasında ləğvi tələbi də götürülüb.

Bundan əvvəlki qanun 1992-ci ildə qəbul edilmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button