2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Milli Məclisdə əlillərin təhsil haqqından azad edilməsi təklif olunub

Milli Məclisin bu gün keçirilən iclasında ödənişli ali təhsil alan əlillərin təhsil haqqından azad edilməsi təklif edilib.

APA-nın məlumatına görə, bu təkliflə çıxış edən deputat Qənirə Paşayeva bildirib ki, bu qrupdan olan insanlarla görüş keçirib və ödənişli ali təhsil alan fiziki imkanları məhdud gənclər, əlillərin hüquqlarının müdafiəsi və problemləri ilə məşğul olan təşkilatların nümayəndələri ödənişli ali təhsil alan əlillərin təhsil haqqından azad edilməsini xahiş ediblər.

O qeyd edib ki, fiziki imkanları məhdud gənclər Milli Məclisdə bu məsələyə qısa zamanda baxılmasını və onların ödənişli ali təhsil haqqında azad olunması məsələsinin qısa zamanda öz həllini tapmasını gözləyirlər: “Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqının ödənişi dövlət vəsaiti hesabına həyata keçirilsin. Çünki onlar üçün bu vəsaiti ödəmək çox çətindir. Ona görə də əlillərin ödənişli ali təhsildən azad edilməsi sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button