2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Milli Məclisdə müzakirələr: “Gücümüz ancaq pensiya alanlara çatır”

“Nə vaxta kimi insanlara “qara camaat” kimi yanaşacağıq?!”

“Sevinirik ki, pensiyalara qənaət etmişik. 2009-cu ilə nisbətən pensiya alanların sayı 160 min nəfər azalıb. Belə çıxır ki, gücümüz ancaq pensiya alanlara çatır. Sonra da deyirik ki, gəlirlərimiz artıb”.

Bu fikirləri Milli Məclisin 17 mart tarixli iclasında hökumətin hesabatının müzakirəsi zamanı Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli səsləndirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Xalqa hər şeyi Avropa qiymətləri ilə satırıq”

Tahir Kərimli ticarət mərkəzlərində qiymətlin baha olduğuna deyib:

Xalqa hər şeyi Avropa qiymətləri ilə satırıq. Bəs pensiyanı həmin standartlarla veririk? Nə vaxta kimi insanlara “qara camaat” kimi yanaşacağıq?! Heç kim inciməsin, mən də “qara camaat”ın burdakı nümayəndəsiyəm. Biz hər şeyin yaxşı olduğunu deyirik, amma elə deyil axı?! Bir milyon yaşayır deyə, 9 milyon yaşayır demək deyil. Hökumətdən çox xahiş edirəm ki, qazandığımız vəsaitin yarı hissəsini qara camaata da versin”.

Deputat Tahir Kərimli
Deputat Tahir Kərimli, Foto: Paralel.az

Spiker Sahibə Qafarova deputatın çıxışına: “Başda Prezident olmaqla, heç kim əhaliyə qara camaat kimi baxmır”, – deyə reaksiya verib.

“…Belə bir vəziyyətdə iqtisadiyyatın normal tənzimləməsi qeyri-mümkündür”

Deputat Vahid Əhmədov da bazarlarda haqsız rəqabətin, inhisarçılığın olduğunu vurğulayıb.

Vahid Əhmədov bildirib ki, inflyasiyada qiymət siyasətinin əsas prioritetlərindən biri bazarda azad rəqabətin olmasıdır:

Təəssüf ki, bu prosesə müəyyən qədər təsir edən amillərdən biri Rəqabət Məcəlləsinin qəbul edilməsidir. Bir ildən çox keçməsinə baxmayaraq məcəllə hələ də parlamentə daxil olmayıb. Hansı ki biz bunu yaz sessiyasının işlər planına daxil etmişik. Ona görə də Baş nazirdən xahiş edirəm ki, bu məsələyə diqqət yetirilsin və məcəllə Milli Məclisə daxil olsun. Çünki hesabatdan da göründüyü kimi bu gün bazarda haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur. Belə bir vəziyyətdə iqtisadiyyatın normal tənzimləməsi qeyri-mümkündür”.

Deputat dərmanların qiymətlərinin yüksək olmasından şikayətlərin olduğunu da bildirib:

Görünür, problem aradan qaldırılmayıb və bundan sonra da davam edəcək. Bu məsələyə süni qiymət artımı da təsir edir. Bu sahədə antiinhisar tədbirləri daha da gücləndirilməlidir”.

Vahid Əhmədov. Foto: Meydan TV

Vahid Əhmədov bank faizlərinin yüksək olmasını qeyd edərək deyib ki, bu da sahibkarlar üçün ciddi problemlər yaradır:

Kifayət qədər bank bağlandı ki, insanların orada çoxlu əmanətləri qaldı. Əmanətlərin qaytarılmasında da ciddi problemlər var. Vaxtı keçmiş kreditlərin qaytarılması məsələsini həll etməyi də Mərkəzi Banka tövsiyə edirəm”.

“70 minə yaxın şəxs qeydiyyat problemi yaşayır”

Deputatı Naqif Həmzəyev sığorta şirkətlərinin fəaliyyətlərində ciddi problem olduğunu vurğulayıb.

Onun sözlərinə görə, sığorta şirkətləri əhalini, xüsusilə də sürücüləri incidirlər.

N.Həmzəyev icbari tibbi sığorta paketinə daxil olan xidmətlərin sayının artırılmasını vacib sayıb.

O həmçinin fərdi evlərin sənədinin olmadığını qeyd edib:

2011-2018-ci illərdə şəhərin müxtəlif yerlərində ümumilikdə 840 hektara yaxın bir ərazidə 14000-ə yaxın fərdi yaşayış evləri tikilib. Bu evlərin sənədi olmadığı üçün ümumilikdə 70 minə yaxın şəxs qeydiyyat məsələləriylə bağlı problemlər yaşayır, bununla bərabər Asan-kommunala müraciət etdikdə, yaşayış yerindən arayış tələb olunur. Bunu təmin etmədikləri üçün onların faktiki yaşadığı təsərrüfatlar kommunal problemlərlə qarşılaşır. Digər tərəfdən, məhz bu 70 min vətəndaş seçki prosesində iştirak zamanı maneələrlə də qarşılaşır”.

Naqif HəmzəyevNaqif Həmzəyev
N.Həmzəyev. Foto: “apa.az”

Ölkənin ikinci böyük şəhəri Gəncədə 1525 mənzili olan 18 yataqxana mövcuddur, bunların hər biri qəzalı vəziyyətdədir. Orada məskunlaşanlar həqiqətən ağır şəraitdə yaşayırlar. Hazırda iki yataqxananın sakinləri üçün yeni yaşayış binası inşa olunur. Lakin bu 16 yataqxanada yaşayan insanların təcili olaraq sosial-məişət problemləri həll olunmalıdır. Hər biri sovet dövründə inşa olunan yataqxanalardır. Qəzalı vəziyyətini o cümlədən şəraitsizliyini nəzərə alaraq insan yaşaya biləcək bir vəziyyətdə deyil”, – deputat qeyd edib.

“Əgər neftin qiyməti 2014-ci ildəki səviyyəyə düşsə…”

Deputat Qüdrət Həsənquliyev özəlləşdirmə ilə bağlı problemlərə toxunub.

O, “Niyə özəlləşdirmə aparılmır?”, – deyə hökumətə sual ünvanlayıb.

Deputat əlavə edib ki, özəlləşdirmə aparılmalıdır ki, vətəndaşlar şirkətlərdə işləyəndə normal əməkhaqqı alsınlar:

“Digər tərəfdən hesabata baxdıqda görürük ki, şirkətlərin çoxu dövlətə məxsus olsa da, nə qədər vergi ödədiyi qeyd olunmur”.

Həsənquliyev təəsüflənib ki, Azərbaycan iqisadiyyatı hələ də neftdən asılıdır:

Əgər neftin qiyməti 2014-ci ildəki səviyyəyə düşsə, Azərbaycanda növbəti devalvasiya gözləniləcək, güclü inflyasiya olacaq. Ona görə də ciddi islahatlar aparılmalı, özəlləşdirmə getməlidir”.

Qüdrət Həsənquliyev foto google.azQüdrət Həsənquliyev foto google.az
Qüdrət Həsənquliyev. Foto: arxiv

“Çıxarılan şəxs nə korrupsiyaya yol verib, nə dövlətə xəyanət edib”

Hakim partiyanı təmsil edən Siyavuş Novruzov qanunla qəbiristanlıqların bələdiyyələrə verildiyini desə də, buna əməl olunmadığını əlavə edib.

Siyavuş Novruzov yeni təyn olunanların uzun müddət çalışanları vəzifədən azad etmələrindən narazılığını dilə gətirib:

“Bir də görürsən hər hansı nazirlikdə rəhbər şəxslə bağlı dəyişiklik olur, yeni gələn vəzifəsinin icrasına başlayan kimi uzun müddət çalışan işçini işdən çıxarır. Çıxarılan şəxs nə korrupsiyaya yol verib, nə dövlətə xəyanət edib. Nə var ki, o biri nazir və ya icra başçısı ilə işləyib. Həmin şəxs də gözləyir ki, bir pillə irəli çəkəcəklər, amma əksinə, işdən çıxarırlar”.

Deputat Siyavuş NovruzovDeputat Siyavuş Novruzov
Foto: Meydan TV

“Rusiya sülhməramlıları əraziləri özününküləşdirib, ağalıq edirlər”

Deputatı Elman Məmmədov Dağlıq Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlılarının fəaliyyətindən narazılıq edib.

E.Məmmədov sülhməramlılarının müəyyən öhdəliklərinin öhdəliklərini xatırladaraq əlavə edib ki, onlar Laçın yolunda hərəkətin təhlükəsizliyini təmin etməli idilər:

“Lakin gəldikləri gündən bəri nə işlə məşğuldurlar? Keçmiş SSRİ dövründə olan “Dağlıq Qarabağ” muxtar vilayətinin bütün ərazisini nəzarətə götürüblər. Axı sənəddə belə bir şey yoxdur, onlara bu hüququ heç kim verməmişdi. Gəlib həmin əraziləri özününküləşdirib, ağalıq edirlər. Gəldikləri gündən kimlərlə əməkdaşlıq etməyə başladılar? Bu gün o əməkdaşlıq daha qabarıq şəkildə özünü göstərir. Ərazimizdə 30 ildən çoxdur, kök salmış seperatçılarla, onlara məxsus müəyyən qurumlarla, işğalçılarla, cinayətkarlarla…”

Axı bu, vasitəçilikdə yaramaz bir mövqedir. Görürsünüz ki, bu günlərdə də hansı hərəkətlərlə məşğuldurlar. Açıq-aşkar Azərbaycana qarşı meydan sulayırlar. Alternativ yolla ermənilərə silah daşıyırlar. Laçının Turşsu qəsəbəsində SSRİ bayrağı qaldırıblar. Ağıllarına gələni edirlər. Xocalının içində hava livanı zonasında özlərinə kilsə tikdilər, rus sərkərdələrinin heykəllərini qoydular. Daha nə etmədilər?” – Elman Məmmədov belə deyib.

O deyib ki, əgər Rusiya vasitəçiliyini bu cür davam etdirəcəksə, belə vasitəçilik Azərbaycana lazım deyil:

Deputat Elman MəmmədovDeputat Elman Məmmədov
Elman Məmmədov. Foto: Report

Bu, ermənilərə lazım olan vasitəçilikdir. Bu günlərdə Nikol Paşinyanın dediyi fikir də gündəmdədir: “Qarabağ ermənilərinin təhlükəsizliyinin qarantı Rusiyadır…”. Belə çıxır ki, Rusiyanın “sülhməramlı” adı ilə Qarabağa göndərdiyi kontingentin gəlməkdə yeganə məqsədi bizim ərazimizdə yaşayan erməniləri, separatçıları, cinayətkarları müdafiə etməkdir. Vasitəçilik tərəfsiz olmalıdır. Vasitəçi üzərinə düşən öhdəliyi, missiyanı yerinə yetirməlidir. Yoxsa gəlib bizim torpağımızda özbaşınalıq etmək, Azərbaycan qanunlarını pozmaq, ərazi bütövlüyünə xələl gətirmək, torpaqlarımızda kök salmış cinayətkarlarla əlbir olub, Azərbaycana qarşı çıxmaq, təbii ki, yaramazdır. Düşünürəm, növbəti görüşdə cənab Prezidentimiz bu məsələləri Rusiya rəhbərliyi qarşısında çox ciddi şəkildə qoyacaq”.

“Rusiyanın vasitəçiliyi ilə üçtərəfli görüşlər davam edəcək, etməlidir. Çünki bu gün bölgədə xarici qüvvələr içində əsas söz sahibi hələlik Rusiya dövlətidir. Güc də onun tərəfindədir. Ona görə də Rusiyanın vasitəçiliyi ilə Azərbaycan-Ermənistan rəhbərlərinin görüşləri davam etdirilməlidir. Lakin effektiv nəticəsi olmalıdır. 10 noyabr 2020-ci ildən görün nə qədər vaxt keçib. İmzalanmış sənədin bəndləri yalnız Azərbaycan tərəfindən icra olunub. Nə Rusiya öhdəsinə götürdüyünü yerinə yetirib, nə də Ermənistan. Rusiya hərbi kontingenti Azərbaycan ərazisinə daxil olmaqla paralel, eyni zamanda Ermənistana məxsus qeyri-qanuni silahlı birləşmələri də ərazilərimizdən çıxaracaqdı. Ediblər? Xeyr…”, – deyə deputat çıxışını yekunlaşdırıb.

Baş nazir: “Süni qiymət artımı var”

Hökumətin hesabatını təqdim edən Baş nazir Əli Əsədov bu il neftin dövlət büdcəsində nəzərdə tutulmuş qiymətinin (hazırda 50 ABŞ dollarıdır) artırılmasını istisna etməyib.

Biz proqnozları 3 variantda hesablayırıq: Baza, optimal, pessimist. Son illər neftin qiymətini konservativ olaraq 50 dollar götürürük. Bu il biz neftin büdcə qiymətini 50 dollardan götürmüşük, amma may ayında bu qiymətdə artım ola bilər. Gözləntilərimiz yüksəkdir. Ötən il ümumdaxili məhsul (ÜDM) 89 mlrd dollardan 115 mlrd dollara qalxıb. Bu il də gözləntilərimiz daha yüksəkdir. Yenə də artım olacaq. İki ayda ÜDM-də artıq 4 mlrd. dollardan artıq artım proqnozlaşdırırıq”, – deyə Əli Əsədov bildirib.

Əli Əsədov süni qiymət artımı hallarının olduğunu etiraf edib, amma bununla mübarizə aparıldığını da deyib:

Süni qiyməti artımları ilə bağlı gündəlik monitorinqlər keçirilir və bunun qarşısını almaq hökumətin əsas vəzifəsidir. Mübarizəni bundan sonra ciddiləşdirəcəyik”.

Əli ƏsədovƏli Əsədov
Foto: NK

Onun sözlərinə görə, Azərbaycanın ticarət tərəfdaşları olan ölkələrdə orta illik inflyasiya 20.4 faiz olub və bu proses ölkə daxilində də qiymətlərin ümumi səviyyəsinin artmasına təsir göstərib:

Ötən il Azərbaycanda inflyasiya 13.9 faiz təşkil edib. Xüsusilə ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. İdxal olunan məhsulların illik qiymət indeksinin artımı 22 faizdən çox olub. Azərbaycandakı inflyasiya, əsasən, idxal edilib”.

2022-ci ildə qlobal geosiyasi gərginlik və Rusiya-Ukrayna müharibəsi səbəbindən dünya iqtisadiyyatında baş verən dəyişikliklərə baxmayaraq, Azərbaycanda iqtisadi artım davam edib. Keçən il ölkədə 133.8 milyard manatlıq (4.6 faiz çox) ümumi daxili məhsul (ÜDM) istehsal olunub, hazırda valyuta ehtiyatlarımız 62.5 milyard ABŞ dollarıdır”, – Baş nazir qeyd edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button