2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Milli Məclisin yeni tərkibdə ilk iclası başlayıb


Bu gün, martın 10-da Azərbaycan Milli Məclisinin yeni tərkibdə ilk iclası başlayıb. APA-nın məlumatına görə, iclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir. Toplantı Milli Məclisin ən yaşlı deputatı Fəttah Heydərovun sədrliyi ilə keçirilir. F.Heydərov Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub. İclasda təşkilatı məsələlərə baxılır. Hakim Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisin spikeri postuna Sahibə Qafarovanın namizədliyi irəli sürülüb. YAP-ın Milli Məclis sədrinin müavini postuna namizədi Əli Hüseynlidir. Milli Məclisdə bitərəf deputatların sədr müavini postuna namizədi isə Adil Əliyevdir. Onların sədr postuna namizəd vermədikləri qeyd edilir.   Xatırlatma Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərin nəticələrinə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yenə Azərbaycan Partiyası (YAP) qazanıb. Əslində, Azərbaycanda parlament seçkiləri bu ilin payızında keçirilməli idi. Amma deputatlar YAP-ın istəyi ilə parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi xahişi ilə ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezidentin islahatlarına dəstək məqsədi ilə izah etmişdilər. Müxalifətin bir qismi hakimiyyətin islahatların imitasiyasını yaratmaq istədiyini bildirərək seçkiləri boykot etdilər. Onlar dedilər ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum mühit belə yoxdur. Rəsmilər isə bu fikirlərlə razılaşmırlar. Seçkinin səhəri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da ilkin rəyini açıqladı və orada bir sıra tənqidi fikirlər yer aldı. Seçkidən sonra MSK 4 dairədə nəticələri ləğv etmişdi. Həmin dairələrdə seçicilərin iradəsinə müdaxilə olduğu bildirilirdi. Bəzi müxalif partiyalar və müstəqil namizədlər isə bütün dairələrdə nəticələrin ləğvini istəyirdilər. Hərçənd, MSK və Konstitusiya Məhkəməsi buna ehtiyac görmədi.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button