2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Milli Nüvə Tədqiqatları Mərkəzinin zərəri 22% artıb

“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 7,194 mln. manat təşkil edib.

 

Saytların yığılması Saytlarin yigilmasi

Mərkəzin hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 8,7% azdır.

 

Ötən il müəssisənin uzunmüddətli aktivləri 9% azalaraq 7,097 mln. manat, cari aktivlər isə təxminən 20% artaraq 97 min manat olub.

 

Hesabat dövründə “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin cəmi öhdəlikləri 33,3% azalaraq 24 min manata, cəmi kapitalı isə 8,6% azalaraq 7,17 mln. manata düşüb.

 

2016-cı ildə Mərkəzin gəlirləri 9 min manat (2015-ci ilə nisbətən 6,7% az), xidmətlərinin maya dəyəri 104 min manat (9,7% çox), ümumi və inzibati xərcləri isə 1,596 mln. manat (23,2% çox) təşkil edib. Son nəticədə ötən il qurumun zərəri 1,69 mln. manat olub. Bu isə əvvəlki illə müqayisədə 22,5% çoxdur.

 

Xatırladaq ki, “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 mln. manatdır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button