2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Milli Qurtuluş Günü

15 iyun Azərbaycanda rəsmi olaraq, Milli Qurtuluş Günü qeyd olunur.

Rusiyanın təcavüzkar dairələrinə arxalanan Azərbaycandakı qüvvələr 1993-cü ilin iyununda dövlət çevrilişinə cəhd etdilər. Qiyamçıların əsas məqsədi Xalq Cəbhəsinin qərbyönümlü demokratik hakimiyyətini devirmək və Azərbaycanı Moskvanın təsir dairəsinə qaytarmaq idi. Bu qüvvələr hakimiyyətə gəldikləri halda Azərbaycanın MDB-yə, Kollektiv Təhlükəsizlik Sazişi Təşkilatına (KTSŞ) daxil olmasını təmin etmək, sərhədlərin birgə qorunması sazişinə qoşulmaq, Gəncədə Rusiyanın hərbi bazasının yaradılması sazişini imzalamaq, Qarabağ münaqişəsinin yalnız Rusiyanın vasitəçiliyi ilə tənzimlənməsinə razılaşmaq öhdəliyi götürmüşdülər.

Mərkəzi hakimiyyətə təzyiq etmək məqsədilə qiyamçıların mövqeləri erməni hərbi qüvvələrinə təslim etmələri, sonuncuların isə Rusiya hərbi dairələrinin təhrikilə iki aylıq sakitlikdən sonra Qarabağ cəbhəsində bütün istiqamətlər üzrə fəal hərbi əməliyyatlara başlamaları vəziyyəti daha da çətinləşdirirdi. Artıq iyun ayında Ağdam rayonu işğal edildi. Belə halda vətəndaş müharibəsindən qaçmaq və dövləti dağılmaqdan xilas etmək üçün ölkə prezidenti Əbülfəz Elçibəy və Naxçıvan Ali Məclsinin sədri Heydər Əliyev qiyamçı qüvvələrin və onların himayədarlarının planlarını pozmaq üçün birgə fəaliyyətlərini razılaşdırırlar.

Saytların yığılması Saytlarin yigilmasi

15 iyun 1993-cü ildə Heydər Əliyev parlamentin spikeri seçilir (həmin ilin oktyabrında isə ölkə prezidenti olub). İyunun 17-dən 18-nə keçən gecə Əbülfəz Elçibəy Naxçıvanda doğma Kələki kəndinə qayıdır, Heydər Əliyev isə Azərbaycan prezidenti səlahiyyətlərini icra edən şəxs olur. Sonrakı dövrdə MDB-yə daxil olmaq və “Azəri-Çıraq-Günəşli” neft sazişi üzrə Rusiyanın Lukoyl şirkətinə 10% pay verməklə, hakimiyyət situasiyasın sabitləşdirməyə müvəffəq oldu.

Heydər Əliyev ölkənin demokratik qüvvələrinə arxalanaraq, ölkəni Avropa ilə inteqrasiyaya apardı. “Əsrin neft müqaviləsi”, NATO ilə “Sülh naminə Tərfdaşlıq” sazişi imzalandı, Azərbaycan Avropa Şurasının və GUAM-ın üzvü oldu. Demokratiya, söz azadlığı, insan haqları, azad iqtisadiyyat sahəsində müxtəlif problemlər olmasına baxmayaraq, bu kurs ümumilikdə dəyişməz olaraq qalır.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button