2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Milli Şura Faiq Əmirli ilə bağlı bəyanat verdi

Milli Şura AXCP sədrinin köməkçisi və “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirliyə yeni ittihamlar verilməsilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:

Aprelin 17-də 1 saylı Bakı İstintaq Təcridxanasında “Azadlıq” qəzetinin yayım direktoru və AXCP sədrinin köməkçisi Faiq Əmirliyə Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə yeni ittihamlar irəli sürülüb. F.Əmirli ittihamları qəbul etməyərək, ifadə verməkdən imtina edib.

Saytların yığılması Saytlarin yigilmasi

F.Əmirli avqustun 20-də qondarma “Gülənçi” ittihamı ilə həbs edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ittihamı doğrultmaq üçün onun avtomobilinin yük yerinə Fətullah Gülənə aid bir neçə kitab qoyub və bu fakt sübutlarla ictimailəşib. Bu kitab əməliyyatı ilə F.Əmirliyə qarşı “Fətullah Gülənin imamı” ittihamını əsaslandırmağa çalışan prokurorluq “unudub” ki, həmin kitabların redaktoru Baş prokuror Zakir Qaralovun mərhum əmisi Zahid Qaralovdur.

Həbsinin ilk günlərindən F.Əmirliyə qarşı ittihamın saxtalığı aşkar şəkildə ortada olsa da, 8 aydır həbs-qətimkan tədbirini artıra-artıra onu istintaq təcridxanasında saxlayırlar. Baxmayaraq ki, F.Əmirlinin səhhəti təcridxanada saxlanmasına imkan vermir və həbs müddətində daha da pisləşib. Onun barəsində həbs-qətimkan tədbirinin ləğvi üçün vəkillərinin məhkəmələrə müraciəti də əsassız şəkildə təmin edilməyib.

Artıq ictimaiyyə bəlli olduğu kimi, bu müddətdə F.Əmirli ilə bağlı istintaq hərəkəti demək olar, aparılmayıb və xüsusən də “Gülənin imamı” ittihamı üzrə ondan heç bir ifadə alınmayıb. 8 ay heç bir əsas olmadan təcridxanada saxlanan F.Əmirliyə indi də vergidən yayınma və vəzifəsindən sui-istifadə, özü də ağır nəticələrə səbəb olmuş sui-istifadə maddələri ilə ittiham irəli sürülüb.

Milli Şura F.Əmirliyə qarşı yeni ittihamların da saxtalığna əminliyini bəyan edərək, prokurorluğun bu addımını qətiyyətlə pisləyir və bunu siyasi sifarişin nəticəsi sayır. 37-ci illərin repressiyaçı-prokuroru Vışinskinin bir formulu vardı – “Siz mənə subyekt verin, cinayətləri tövsüf eləmək (yəni onun boyuna biçmək) bizlikdir”. İndi Azərbaycanın hüquq-mühafizə orqanları da siyasi hakimiyyətin diqtəsilə 37-ci illərin həmin formuluna uygun hərəkət edir.

Hakimiyyət F.Əmirlini həbs etməklə bir tərəfdən onun çap işlərinə məsul olduğu Azadlıq qəzetinin fəaliyyətini dayandırmaq (necə ki, onun həbsindən qısa zaman sonra dayandırdı), digər tərəfdən isə köməkçisi olduğu AXCP sədri Əli Kərimliyə zərbə vurmaq, ondan qisas almaq məqsədi güdüb. Bu müddətdə onun əsassız şəkildə həbsdə saxlanması və indi yeni ittihamlar irəli sürülməsi də bu siyasi məqsəddən irəli gəlir.

Azadlıq qəzetinin ağır maddi vəziyyəti nəinki ölkə ictimaiyyətinə, hətta bütün demokratik dünyaya bəllidir. Dövlətə məxsus Qasid yayım firması qəzetin 70 min manatdan artıq halal pulunu mənimsəyib, qəzetin əməkdaşları aylarla məvacib ala bilmir, qəzet çap olunduğu vaxtlarda borc-xərclə işıq üzü görüb. İndi dünyada “korrupsi çempionu” kimi ad çıxaran, ölkənin 10 milyardlarla dollar sərvətini talayıb ofşor hesablara yığan, vəzifələrindən sui-istifadə edərək bütün nəsillərini imtiyazlı oliqarxa çevirən bir hakimiyyət komandası belə bir qəzetin texniki işçisini vergidən yayınmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edir. Bu, hətta Azərbaycan hakimiyyəti kimi cəmiyyət qarşısında məsuliyyət hissini tamamilə itirmiş bir hakimiyyət üçün də hədləri aşmaqdır.

Milli Şura F.Əmirliyə qarşı yeni ittihamların da “Gülənçi” ittihamı kimi, saxta və gülünc olduğunu bir daha vurğulamaqla, ona azadlıq tələb edir. Milli Şura bildirir ki, siyasi rəqibinə qarşı belə namərd mübarizə üsulu ilə Azərbaycan hakimiyyəti yalnız özünü tarixin qara səhifələrində bərkitməyə nail olacaq. Milli Şura F.Əmirlinin timsalında növbəti repressiya aktına məruz qalan AXCP-nin yanında olduğunu bəyan edir və inanır ki, bu təzyiq və zərbələr onun mübarizə əzmini sarsıda, xalqımızı demokratiya və azadlığa qovuşdurma istəyinin önünü kəsə bilməyəcək.

Milli Şura yerli və beynəlxalq ictimaiyyəti F.Əmirliyə qarşı yeni saxta ittihamların irəli sürülməsi faktına diqqətlə yanaşmağa və Azərbaycan hakimiyyətinə uca səslə etiraz etməyə çağırır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button