2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasətXəbərlər

Milli Şura fevralın 23-ə mitinq təyin etdi

Aksiya ilə bağlı Başı Şəhər İcra Hakimiyyətinə məktub göndərilib

Demokratik Qüvvələrin Milli Şurası fevralın 23-də, saat 15.00-17.00 arasında “Məhsul” stadionunda mitinq keçirmək ilə bağlı qərar qəbul edib. Milli Şura aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərib.

Bu barədə Milli Şura sədri Cəmil Həsənli “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, mitinqin əsas tələbləri siyasi məhbusların azad edilməsi, xalqdan oğurlanmış pulların xalqa qaytarılması, milləti bankların maliyyə əsarətinə salmış problemli kreditlərin dövlət tərəfindən ödənilməsi, yəni soyğunçu bank borclarının ləğv edilməsi, uşaq pullarının verilməsi və sair demokratik çağırışlardan ibarətdir.

Milli Şuranın sonuncu dəfə  yanvarın 19-da mitinq keçirilmişdi. 

Saytların yığılması Saytlarin yigilmasi

Ancaq Bakı Şəhər İcra Hakimiyyəti  Milli Şuranın 26 yanvar mitinqinə icazə verməmişdi.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button