2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətXəbərlər

Milli Şura hakimiyyətin siyasi fəallara təzyirləri davam etdirdiyini bildirir

Bakı/28.09.21 Azərbaycan hakimiyyəti ölkədə gerçək müxalifətə və vətəndaş cəmiyyəti fəallarına basqıları davam etdirir. Bunun ən bariz nümunələri bu günlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Niyaməddin Əhmədov və Zamin (Əlizamin) Salayevin başına gətirilən hadisələrdir”. Bu barədə Milli Şuranın sentyabrın 28-də yaydığı bəyanatda deyilir.

Bəyanata görə, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin ictimai əsaslarla mühafizəçisi olan Niyaməddin Əhmədov ötən ilin aprelindən həbs edilib, barəsində qondarma “terroru maliyyələşdirmə” ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası istənilib.

Sənəddə deyilir ki, Əhmədov partiya sədri  Əli Kərimlinin əleyhinə ifadə vermədiyi üçün həbsdə ağır işgəncələrə məruz qalıb: “Ona ağır işgəncələrin verilməsi də, uzunmüddətli həbs cəzasının istənilməsi də məhz Əli Kərimliyə mühafizəçilik etməsinə, onun əleyhinə yalan ifadə verməməsinə görədir”, –
bəyanatda qeyd olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Sənəddə Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Zamin Salayevin saxlanıldığı 17 saylı cəzaçəkmə müəssisəsində işgəncələrə məruz qalmasına əsas kimi partiyadan çıxmasına imtina cavabı verməsi olub.  Onun 10 gün cəza kamerasında (kars) saxlandığı deyilir.  

Sənəddə vurğulanır ki, hakimiyyət Milli Şuranın rəhbərlərinə qarşı da mənəvi terroru davam etdirir və  Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ədliyyə generalı Vidadi Mirkamal  qanuni pensiyasının bir hissəsindən məhrum edilib, üstəlik onun indiyə qədər aldığı pensiyadan 103 min manatı dövlətə geri ödətmək üçün əmlakını siyahıya alıblar.

Bəyanatda həmçinin Milli Şuranın Koordinasiya Mərkəzinin digər üzvü, tanınmış siyasətçi Gültəkin Hacıbəylinin evinə və maşınına qondarma iddialarla həbs qoyulduğu deyilir. Əlavə edilir ki, bütün bunlara qədər isə rejim Milli Şuranın sədri, dünyaca tanınmış alim Cəmil Həsənliyə mənəvi terrorun şokunu yaşadıb.

“Bu sadalanan hadisələr hakimiyyətin davam edən təzyiq və repressiyasına aid nisbətən daha qabarıq olanlarıdır”, – bəyanatda qeyd olunur. Sənədə görə, hakimiyyət siyasi fəallardan tutmuş  etiraz edən hər kəsə təzyiqi, təqib və fiziki zorakılığı davam etdirir.

Milli Şura dünya birliyinin və beynəlxalq təşkilatların Azərbaycanda universal hüquq və azadlıqların təmin olunması, hakimiyyətin öz əleyhdarlarına qarşı mənəvi terrordan tutmuş fiziki zorakılıqlara qədər antinsani və qanunsuz əməllərini dayandırması üçün təsirli tədbirlər görməsini istəyir.-05D-

 

Mənbə:Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button