Now Reading:
Milli Şura mitinq qərarı verdi

Milli Şura mitinq qərarı verdi

Aksiyanın məqsədi siyasi məhbusların azadlığı, korrupsiyaya yox deyilməsidir

Demokratik Qüvvələrin Milli Şurası aprelin 6-da saat 15.00-də “Məhsul” stadionunda mitinq keçirmək haqda qərar qəbul edib. Qərar Milli Şuranın 27 mart toplantısında qəbul olunub.

Məlumatı Meydan TV-yə Milli Şura sədri Cəmil Həsənli verib.

C.Həsənli deyib ki, mitinqin başlıca tələbləri siyasi məhbusların azadlığı, korrupsiya yolu ilə ölkədən oğurlanmış, xalqdan talan edilmiş vəsaitlərin geri qaytarılması, hazırda əhalinin böyük ehtiyac duyduğu uşaq pullarının verilməsi və digər çağırışlardan ibarətdir.

Milli Şuranın 19 yanvar aksiyasından sonra şəhər icra hakimiyyəti 3 mitinqinə icazə verməyib.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.