2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Milli Şura növbәdәnkәnar seçkilәrlә bağlı beynәlxalq birliyә müraciәt etdi

Belә seçki xalqın iradәsini ifadә edә, onun nәticәlәri legitim sayıla bilmәz

Milli Şura aprelin 11-nә elan edilәn növbədənkənar prezident seçkisi ilə bağlı yeni bәyanat qәbul edib. Bәyanatda bu seçkilәrin artıq indidәn legitim sayılmadığı vurğulanır vә beynәlxalq birlik qarşısında bir sıra tәlәblәr irәli sürülür. Sәnәddә deyilir:

Azәrbaycanda aprelin 11-nә elan edilmiş növbәdәnkәnar prezident seçkilәrinә hәm ölkә daxilindә, hәm dә dünyanın demokratik ictimaiyyәti tәrәfindәn ilkin olaraq adekvat qiymәt verilib. Fəaliyyətdə olan prezident İlham Əliyevin heç bir ictimai müzakirә aparılmadan, hәtta hakim komandanın da geniş ölçüdә xәbәri olmadan sərəncam verib, seçkilәrin vaxtını 6 ay irәli çәkmәsi onun hakimiyyәti növbәti müddәtә әlindә saxlamaq üçün özünә әlverişli vaxt seçimi kimi qiymәtlәndirilir. İlham Әliyev sonradan öz namizәdliyini rәsmәn irәli sürdürmәklә dә tәsdiqlәdi ki, xәlvәtcә verilmiş bu qәrar mәhz onun builki prezident seçkisinә hәdәflәnәn bütün maraqlı tәrәflәri, elәcә dә xalqı oyundankәnar vәziyyәtә salmaq, onları hazırlıqsız fakt qarşısında qoymaq mәqsәdi güdüb.

Saytların yığılması Saytlarin yigilmasi

Milli Şura növbәdәnkәnar prezident seçkisi üçün hәr hansı obyektiv әsasın vә ölkәdә ümumiyyәtlә seçki mühitinin olmadığı haqda mövqeyini vә hazırkı şәraitdә azad, әdalәtli seçkinin mümkünsüzlüyünü nәzәrә alaraq, boykot qәrarı verdiyini artıq açıqlayıb. Azәrbaycan ictimaiyyәti vә beynәlxalq birlik Milli Şuranın bu mövqeyi vә qәrarı ilә tanışdır. Tәqdir olunası haldır ki, Milli Şuradan sonra bir neçә siyasi tәşkilat vә birlik dә oxşar arqumentlәrlә 11 aprel seçkisini boykot etdi. Hazırda ölkәnin demokratik düşәrgәsinә aid edilә vә hansısa sosial bazaya iddia edә bilәcәk heç bir tәşkilat 11 aprel seçkisinә qatılmır.

Azәrbaycanda Heydәr vә İlham Әliyevlәrin vaxtında keçirilәn bütün seçkilәr saxtalaşdırılıb. Lakin әvvәllәr müәyyәn dәrәcәdә seçki mühiti, seçkinin heç olmasa, imitasiyası olub. Hәtta hәmin vәziyyәtlәrdә dә Әliyevlәr ölkәnin demokratik düşәrgәsi adından onların qarşısına çıxan rәqiblәrә uduzublar vә nәticәlәri saxtalaşdırmaqdan başqa çıxış yolu görmәyiblәr. Axırıncı belә seçki Milli Şuranın namizәdi, professor Cәmil Hәsәnlinin İlham Әliyev üzәrindә parlaq qәlәbәsi ilә başa çatan 2013-cü il prezident seçkisi olub. Bu seçkinin nәticәsinin hansı miqyasda İlham Әliyevin xeyrinә saxtalaşdırıldığı isә ATӘT-in uzunmüddәtli müşahidә missiyasının hesabatında әksini tapıb. Beynәlxalq müşahidәçilәr o vaxt mәntәqәlәrin 58%-dә nәticәlәrin kobud şәkildә saxtalaşdırıldığını qeyd etmişdi. İlham Әliyev görünür, özü üçün hәmin acı tәcrübәni nәzәrә alaraq, bu dәfә seçkiyә ümimiyyәtlә rәqibsiz, hәtta cәmiyyәtdә az-çox seçki ovqatının yaranmasına imkan vermәdәn getmәk qәrarına gәlib.

Artıq Azәrbaycan xalqı ilә bәrabәr dünyanın demokratik ictimaiyyәti dә 11 aprel seçkisini sonu indidәn bilinәn tamaşa adlandırır. Dünyanın media nәhәnglәri, beynәlxalq insan haqlarını müdafiә tәşkilatları bu barәdә yazır, mövqe açıqlayır. Artıq bәribaşdan qәbul olunur ki, 11 aprel seçkisi Azәrbaycan xalqının iradәsini ifadә etmәyәcәk.

Milli Şura belә bir vәziyyәtdә beynәlxalq birliyə, dünyanın demokratik hökumәtlәrinə müraciət edərək, onları Azәrbaycandakı 11 aprel seçkilәrinә münasibətdə dürüst vә әdalәtli olmağa çağırır.

Beynәlxalq birlik, demokratik qәrb dünyası Azәrbaycanda bu seçkilәrin ümumiyyәtlә seçki mühiti olmadan, müstәqil medianın tamamilә sıradan çıxarıldığı, hәbsxanaların siyasi mәhbuslarla dolu olduğu, avtoritar idarәçiliyin daha da güclәndiyi vaxtda vә müxalif qüvvәlәrin hamılıqla onu boykot etdiyi, tamamilә rәqabәtsiz şәraitdә keçdiyini nәzәrә almalı vә razılaşmalıdır ki, belә bir seçki xalqın iradәsini ifadә edә, onun nәticәlәri legitim sayıla bilmәz.

Beynəlxalq birlik Azərbaycan xalqının öz hakimiyyətini seçmək kimi fundamental hüquqdan məhrum edilməsinə, Avropa Şurasının üzvü olan bir ölkədə hakimiyyətin açıq-aşkar qəsb olunmasına seyrçi qalmamalı, Azərbaycanda demokratiya və azadlıqların təmin edilməsi naminə üzərinə götürdüyü öhdəliklərə uyğun, təsirli tədbirlərə əl atmalıdır.

Azərbaycanın da üzv olduğu beynəlxalq qurumlar və dünyanın demokratik dövlətləri İlham Əliyev hakimiyyətinə qarşı ünvanlı sanksiyaların tətbiqinə başlamalı, seçki saxtakarlığında, insan haqlarının pozulmasında, müxtəlif miqyaslı korrupsiya əməliyyatlarında iştirakçı olan dövlət rəsmiləri bu sanksiyaların təsir dairəsinə salınmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button