2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Milli Şura “Panama sənədləri”nə görə Qaralova müraciət etdi

Müxalifət Azərbaycan hakimiyyətilə bağlı ifşa sənədlərinin araşdırılmasını tələb edir

Bu yaxınlarda “Panama sənədləri” adı altında dünya mediasında yayımlanan ifşaedici materialların Azərbaycan hakimiyyətilə bağlı hissəsinin araşdırılması üçün Milli Şura Baş prokuror Zakir Qaralova müraciət edib.

Müraciətdə yada salınır ki, aprelin 5-də Böyük Britaniyanın nüfuzlu “The Guardian” qəzetində “London law firm helped Azerbaijan’s first family set up secret offshore firm” (London hüquq firması Azərbaycanın birinci ailəsinə gizli ofşor şirkəti yaratmaqda kömək edib) başlıqlı məqalə dərc olunub. Həmin məqalədə Azərbaycan prezidenti Ilham Əliyevin ailə üzvləri – xanımı, Milli Məclisinin üzvü MehribanƏliyeva, övladları Leyla, Arzu, Heydər Əliyevlər və bacısı Sevil Əliyeva ilə, eləcə dəVergilər naziri Fazil Məmmədovla bağlı konkret vergidənyayınma, korrupsiya ittihamları öz əksini tapıb.

Saytların yığılması Saytlarin yigilmasi

Sənədlərdə Əliyevlər barədə nələr var?

Məqalədə deyilir ki, Əliyevlər ailəsi Böyük Britaniyanın Vircin adalarında yaradılmış məxfi ofşor şirkət vasitəsilə Birləşmiş Krallıqda milyonlarla funt-sterlinq dəyəri olan mülklər alıblar. Leyla və Arzu Əliyevalar 2015-ci ildə qeydiyyatdan keçmiş “Exaltation Limited” adlı şirkətin səhmdarlarıdırlar. “The Guardian” yazır ki, bundanəvvəl Leyla Əliyevanın Londonun şimalındakı Hampstead Lane küçəsində 17 milyon funt sterlinqlik malikanəyə sahib olduğu bilinirdi. Sızmış sənədlərdən bəlli olur ki, o, yeni ofşor şirkətini 2015-ci ildə açıb. Sənədlərə əsasən, ehtimal etmək olur ki, 2003-cü ildə yaradılmış “Ata Holding”in birinci sahibi Azərbaycanın vergilər naziri Fazil Məmmədov olub. Onun nəzarət səhm paketinin qiyməti 600 milyon dollar təşkil edir. “The Guardian” yazır ki, 2005-ci ilə aid sənədlər, Məmmədovun iki böyük bank, tikinti şirkətləri və Bakıdakı beş ulduzlu “Excelsior” otelinin də daxil olduğu “Ata holding”ini prezident Əliyevin üç övladı ilə bölüşməyi planlaşdırdığını göstərir.

Məqalədə deyilir ki, bütün bu əməliyyat Ingiltərədə qeydiyyatdan keçmiş “Financial Management Holding (UK) Ltd” tərəfindən həyata keçirilməli idi. Bu şirkətin 75 faiz səhmlərinə “Ata Holding”in sahib olduğu bəlli idi.

The Guardian” yazır ki, 2005-ci ildə Mossack Fonsecaya göndərilmiş sənədlərdən FM-in Fazil Məmmədov olduğunu da söyləmək mümkündür.

Vəkil French Londondakı ofisində “Universe Foundation” şirkətində nəzarətin dəyişdiyinə dair sənədləri hazırlayıb. Yeni mənfəətdarlar Leyla və Arzu Əliyevalar vəonların o vaxt 7 yaşında olan qardaşları Heydər Əliyev olmalı idi. Onların bu şirkətdəki marağı 50 faiz olmalıydı. Onların anası Mehriban Əliyevaya məxfi “himayədar” funksiyası verilirdi. Digər “himayədar” Fazil Məmmədov olmalı idi.

Sənədlərə görə, bu şirkətdə Məmmədovun özü şəxsən 30 faizlik mənfəətdar kimi yazılmışdı. “Ata”nın sədri Ahmet Erentokun cəmi 15 faizlik payı vardı. Yerdə qalan 5 faiz daha kiçik mənfəətdarlara gedəcəkdi.

Müqavilələrə görə, mənfəətdarlar öldüyü halda, onların hüquqları 18 uşağa və başqa qohumlara keçməli idi. “The Guardian” qəzetinin dərc etdiyi qrafik pulun iki başqa ofşor şirkəti vasitəsilə “Ata”dan prezidentin üç övladına necə ötürülməli olduğunu göstərir. Onlar sənədlərdə “anonim mənfəətdarlar” kimi keçirdilər. Onlara çatan ödənişlər vergidən azad olmalı idi.

Məqalədə deyilir ki, “Universe Foundation” 2007-ci ildə yaradılıb, lakin hazırda Leyla və Arzu Əliyevalar başqa bir Panama firması “Hughson Management Inc.” vasitəsilə“Ata holding”in əsas sahibləri kimi göstərilirlər.

Əmlakların siyahısı MSK-ya təqdim olunubmu?

Müraciətdə qeyd olunur ki, ölkə prezidentinin ailə üzvlərinin, Milli Məclisin deputatı olan xanımının və Vergilər nazirinin kommersiya və biznes fəaliyyəti ilə məşğul olması Azərbaycan qanunvericiliyi ilə qadağan olunduğu halda, bu şəxslərin nəhəng ofşor biznes şəbəkəsinə sahib olması ciddi hüquqi araşdırma predmeti olmalıdır: “Prezidentin xanımının və övladlarının, eləcə də ölkənin vergi siyasətinə və vergilərin tutulmasına görə məsul olan əsas şəxsin – Vergilər nazirinin özünün Azərbaycan dövlət büdcəsinə vergi ödəməkdən yayınmaq məqsədilə ofşor şirkətlər yaratması vəbununla da külli miqdarda vergini büdcədən yayındırması faktları tərəfinizdən ciddi şəkildə araşdırılmalıdır. Məqalədə prezident ailəsinin və Vergilər nazirinin ofşor şirkətlər vasitəsilə qeydiyyatdan keçən və dəyəri yüz milyonlarla ABŞ dolları iləölçülən əmlaka sahib olması barədə konkret faktlar yer alır. Prezident ailəsinin vəvergilər nazirinin qanunula qadağan edildiyi halda, biznes fəaliyyəti ilə məşğul olaraq yüz milyonlarla dəyəri olan sərvətə sahiblənməsi, bu sərvətləri Azərbaycan xalqından gizlətmək və Azərbaycan büdcəsinə vergi ödəməkdən yayınmaq məqsədilə Böyük Britaniyanın Vircin adalarında yerləşən ofşor şirkətlər vasitəsilə qeydiyyaya aldırması adıçəkilən şəxslərin bu zaman ciddi korrupsiya əməllərinə yol verməsilə bağlı Azərbaycan cəmiyyətinin və Milli Şura olaraq bizim əsaslı şübhələrimizi daha da möhkəmləndirir. Bundan əlavə, istər prezident Ilham Əliyev, istərsə də deputat Mehriban Əliyeva 2008 və 2013-cü illər prezident və 2005, 2010 və 2015-ci illər parlament seçkilərində Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri əmlak və gəlir bəyannamələrində Panama və Vircin adalarındakı ofşor şirkətlərində qeydiyyatda olanəmlaklarını və bu şirkətlər vasitəsilə əldə etdikləri gəlirləri bəyan etməyiblər. Azərbaycan seçki qanunvericiliyinə görə isə bu, istər prezident, istərsə də parlament seçkilərinin nəticələrini ləğv etmək üçün ciddi hüquqi əsasdır. Əgər bu əmlak vəgəlirlər seçki bəyannamələrində bəyan edilibsə, onların Azərbaycan xalqından gizlədilməsi faktı artıq Mərkəzi Seçki Komissiyası üzərində ciddi hüquqi və siyasi məsuliyyət yaradır”.

Milli Şura Baş prokurordan hüquqi araşdırmaya başlamağı və araşdırmanın gedişatı, nəticələri barədə mümkün qədər qısa müddətdə bu sorğu müəlliflərinə, ictimaiyyətəməlumat verməyi tələb edir.

İnformasiya şöbəsi

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button