2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Milli Şura Putinin NATO ilə bağlı bəyanatında Azərbaycana qarşı təhdid görür

Bakı/22.12.21 Demokratik Qüvvələrin Milli Şurası Azərbaycanın dövlət hakimiyyəti orqanlarını Rusiyanın ölkənin müstəqilliyini təhdid edən təşəbbüslərinin Azərbaycan üçün qəbuledilməz olduğunu rəsmən bəyan etməyə çağırır.

Milli Şura hesab edir ki, Rusiyanın NATO və ABŞ-a təqdim etdiyi “Regional təhlükəsizliyə dair yeni razılaşma” sənədində Azərbaycanın dövlət müstəqilliyini təhdid edən müddəalar var.

Rusiyanın təqdim etdiyi təkliflərə görə, NATO və ABŞ Ukraynada, Qafqazda və Mərkəzi Asiyada özünün bütün hərbi fəaliyyətlərini dayandırmalı, keçmişdə Sovet respublikaları olmuş hazırkı müstəqil dövlətlərin NATO-ya üzv qəbul edilməyəcəyinə hüquqi təminat verməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Milli Şuranın bəyanatında deyilir ki, Rusiyanın bu təklifləri keçmiş Sovet respublikalarını faktiki öz nüfuz dairəsi elan etməsidir, bütün bu dövlətlərin, o cümlədən Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini məhdudlaşdırmaq cəhdidir.

“Heç bir xarici dövlət, o cümlədən Rusiya Azərbaycanın digər ölkələrlə hərbi əməkdaşlığını məhdudlaşdıra, ölkəmizin NATO və ya başqa bir müdafiə ittifaqına birləşməsini veto edə bilməz. Hərbi tərəfdaş və müttəfiq seçmək Azərbaycan dövlətinin müstəsna hüququdur”, deyə sənəddə qeyd edilir. -03-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button