2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Milli Şura repressiyaları durdurmağı tələb edir

Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti iclası keçirilib. Milli Şuradan verilən məlumata görə, iclasda  ölkədəki ictimai- siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilib.

Bildirilir ki, müzakirələr zamanı “Kanal 13” internet televiziyasının Bakı ofisinin rəhbəri Əziz Orucovun 30 sutka inzibati həbs cəzasına məruz qalması, aparıcı tənqidçi saytların – azadlıq.az, azadlıq.org, meydan.tv, azerbaycansaati.tv, turan.tv və s. bloklanması və bu olayın arxasında birbaşa hakimiyyətin dayanması pislənilib.

Saytların yığılması Saytlarin yigilmasi

Toplantıda həbsdə olan blogger, siyasi məhbus Mehman Qələndərovun Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə həyatına son qoyulmasından dərin narahatlıq ifadə olunub. Hakimiyyətdən tələb edilib ki, mərhumu qanunsuz olaraq həbs edənlər, ona işgəncə verənlər və ölümünə səbəb olanlar qanun qarşısında sərt cəzalandırılsın. Eyni zamanda həbsdə olan Bayram Məmmədova təzyiqlərin edilməsi, İlkin Rüstəmzadənin DTX tərəfindən casus kimi gizli əməkdaşlığa cəlb edilməsinə cəhdlər pislənilib.

İclasda 8 aprel mitinqindən sonra Milli Şuraya və AXCP- yə təzyiqlərin artması, bugünədək 15 nəfər AXCP üzvünün partiya sıralarından istefa vermədiyinə görə işdən azad edilməsi, “işdən çıxartma” kampaniyasında xüsusi ilə Təhsil Nazirliyinin fəal iştirak etməsi pislənilib və bu addım ölkədə repressiyaların davamı kimi qiymətləndirilib.

İclasda AXCP Neftçala rayon şöbəsinin üzvü, siyasi məhbus Elnur Fərəcovun uydurma narkotik ittihamı ilə 3 il müddətə azadlıqdan məhrum edilməsinə etiraz edilib, onun və bütün siyasi məhbusların qeyd- şərtsiz azadlığa buraxılması tələb olunub.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button