2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Milli Şura sədrindən 9 aprel mitinqinə çağırış: Gəlin səsimizi birlikdə ucaldaq

“Məqsədimiz ölkəmizi acınacaqlı duruma salan kriminal rejimə yox deməkdir”

Milli Şuranın sədri Cəmil Həsənli feysbuk səhifəsində 9 aprel mitinqinə çağırış paylaşıb. Çağırışda deyilir:

Saytların yığılması Saytlarin yigilmasi

Dostlar! Çoxdan mitinq istəyində idiniz. Bu da mitinq. Milli Şura etiraz aksiyasına qərar verdi. Aprelin 9-u, bazar günü, saat 15-də “Məhsul” stadionunda olacaq mitinqimiz, daha doğrusu mitinqiniz. Çünki bu xalqın etiraz səsi olacaq. Millətin əzmi və iradəsi qarşısında heç kim duruş gətirə bilməz.

Görürsünüz, hələ mitinqin özü deyil, onun xofu hakimiyyəti qorxuya salıb. Çoxdan bəri verilməyən müavinətlər, pensiyalar, əhalinin müəyyən hissəsinin əmək haqları, bölgələrdə ötən ilin payızından yığılıb qalan əmək haqqı borcları təcili olaraq sahiblərinə çatdırılır. Yumurta kimi “strateji” məhsulun qiyməti isə yarıbayarı aşağı düşüb. Etiraz aksiyamız: “Korrupsiyaya son!”, “ Monarxiyaya yox!”, “Siyasi məhbuslara azadlıq!”, tələbləri ilə keçirəcək.

Məqsədimiz ölkəmizi indiki acınacaqlı duruma salan, milyonlarla vətəndaşın həyatını, bu gününü və sabahın təhdid edən korrupsiya şəbəkəsini ifşa etməkdir. Məramımız ölkəmizi bütün dünyada rüsvayçı duruma salan ailə-klan hakimiyyətinə, 100 illik cümhuriyyətçilik ənənəsi olan bir ölkəni gülüş hədəfinə çevirənlərə yox deməkdir. Bu gün sayı 160-ı keçmiş siyasi məhbuslar mükəmməl korrupsiya şəbəkəsi yaradanların, ölkədə monarxiya yaratmaq fikrinə düşənlərin yolunda maneə olduqları üçün həbsdədirlər. Mitinqimizin üçlü düsturu da məhz bir-birini tamamlayan və tamamladıqca vətənimizin belini qıran, vətəndaşı sərgərdan vəziyyətə salıb ölkəni lağ hədəfinə çevirən bu rəzalətə, böhranın ağırlığın xalqın çiyinlərinə yükləyən, saxta ittihamla insan talelərini məhv edən, ölkədə siyasi məhbus düşərgəsi yaratmış bu kriminal rejimə yox deməkdir. Amma sənin, mənim, onun, bizim hamımızın, bir sözlə xalqın gücü, millətin əzmi ilə yox deməkdir.

Hakimiyyət korrupsiya şəbəkəsi, büdcə talançılığı, monopoliya siyasətindəki həmrəyliyi işğal altında olan torpaqların azad edilməsində nümayiş etdirsəydi 23 ildən çox torpaqlarımız düşmən tapdağında qalmazdı. Ölkəni bu vəziyyətə salıb var-yoxunu talayanlar elə danışırlar, sanki Şuşada müşavirə keçirirlər. Bu rejimin taleyin ümidinə buraxdığı Qarabağ ölkəmizin sinəsinə çəkilmiş qara bir dağdır. Ey gənclik! Bu vətən sənindir. Onu xilas etmək də sənin vəzifəndir. Babalarımız dağınıq toplumdan millət, dağınıq ərazilərdən vətən formalaşdırıb sənə əmanət qoymuşdur. Şərqdə ilk cümhuriyyət bayrağını ucaltmış Azərbaycan indi ailə-klan, Əliyevlərin monarxiya təkəbbürünün hədəfinə çevrilmişdir. Bunu durdurmaq sənin borcundur. 9 aprel mitinqi bu borcun ifadə vasitəsidir.

Ey özünü bu millətin zərrəsi hesab edənlər! Böyük Sabir demiş: Bu günlər bir hidayət vaxtıdır. Ayrı-ayrılıqda siz zərrəsinin. Amma 9 apreldə bir olub düyünlənmiş yumruqlarınızla millətin əzmini və iradəsini ifadə edə bilərsiniz. Axı, Siz daha ləyaqətli həyat haqqına, daha azad cəmiyyətdə yaşamaq hüququna maliksiniz. Bu haqqı və hüquq siz öz mübarizənizlə, öz vətəndaş mövqeyinizlə, korrupsiya və monopoliyaya son deməklə, rüşvət şəbəkəsi və büdcə talançılığına yox deməklə, ailə-klan idarəçiliyinə, monarxiyaya dur deməklə, XXI əsrdə “dövət mənəm” fikrinə düşüb saxta cinayət toru toxuyanlara yerini göstərməklə nail ola bilərsiniz. 9 aprel bunun ifadəsi olmalıdır.

Milli Şura 17-dən 77-yə hər kəsi, bütün namuslu vətəndaşları, içində vətən sevgisi gəzdirən gəncləri, bu kriminal hakimiyyətin bir tikə çörəyin əsirinə çevirdiyi sadə insanları, zaman-zaman əməyi ilə dəyər yaradıb indi 100-150 manat pensiyasının ümidinə buraxılmış yaşlı vətəndaşları 9 apreldə “Məhsul” meydanına dəvət edir. Gəlin birlikdə səsimizi ucaldaq. 9 aprelin uğuru Sizin, məsuliyyəti isə bizimdir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button