2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Milli Şura xaricdəki blogerlərlə bağlı hökumətdən nələri tələb etdi?

Xaricdəki bloggerlərin ailə üzvlərinə olan təzyiqlərlə bağlı 
Milli Şuranın
B Ə Y A N A T I

Saytların yığılması Saytlarin yigilmasi

Avropada yaşayan mühacirlərimizin tənqidi çıxışlarından və fəaliyyətindən dolayı onların Azərbaycandakı qohumlarına qarşı həyata keçirilən repressiyalar son zamanlar artan xətt üzrə davam edir. Belə ki, dünyanın müxtəlif ölkələrində siyasi məhbuslara azadlıq tələb ilə aksiyalar təşkil edən, sosial şəbəkələrdə hakimiyyətin siyasi kursunu tənqid edən, “Diktatoru tanıdaq” kampaniyası keçirən soydaşlarımızın ailə üzvləri, qohumları polisə çağrılır, hədə- qorxu gəlinir və həbs edilir.

Fevral ayının 13- də Fransada yaşayan blogger Məhəmməd Mirzəlinin yeznəsi (bacısının əri) Laçın rayonundan məcburi köçkün olan Elman Ağayev iş yerindən polisə aparıblar və polisə tabe olmamaq ittihamı ilə məhkəmə tərəfindən 30 sutka müddətinə həbs edilib. Bundan öncə də bloggerin atası və yeznəsini polisə apararaq Məhəmmədin internetdə hökumət əleyhinə çıxışlarına son qoymasını və xaricdə insan hüquqlarına dəstək aksiyalarında iştirak etməməsini tələb ediblər.

17 fevral 2018- ci ildə Hollandiyada yaşayan blogger Orduxan Teymurxanın Bakıda bacılarının evinə polislər gələrək onların övladlarını axtarıblar və onları həbs ediblər. Bloggerin iki bacısı oğluna Səbuhi Zeynalov və Tural Əliyevə Suraxanı rayon məhkəməsinin qərarı ilə hər birinə 30 sutka inzibati həbs cəzası verilib. Hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polisin qanuni tələblərinə qəsdən tabe olmamaq) günahlandırılıblar. Onların məhkəmə qarşısına Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tərtib olunmuş protokol əsasında çıxarıldığı bildirilir.
Bloggerin böyük bacısının Elnar Əliyevdən isə uzun müddət xəbər çıxmayıb. Polis harada saxladığı haqda heç bir məlumat verməyib. 19 fevralda Orduxan Teymurxanın bacıları və ailə üzvləri mətbuat qarşısına çıxardılaraq ondan imtina etdiyini bir daha bildiriblər.

18 fevral 2018- ci ildə “Azad söz” səhifəsinin admini, siyasi mühacir Tural Sadıqlının atası Əlövsət Sadıqlının Ramana qəsəbəsində yaşadığı ev polislər tərəfindən mühasirəyə alınıb. Evə gələn polislər qardaşı Elgizin onlarla polisə getməsini istəyiblər. Razılıq əldə olunub ki, günün ikinci yarısı Elgiz və atası bir yerdə polisə getsinlər. Lakin razılığa baxmayaraq bir neçə saat sonra onun atası Əlövsət Sadıqlını Bakının Sabunçu rayon 12 saylı polis bölməsinə aparıblar. Onu səhərə qədər polisdə saxlayıb fevralın 19-da saat 11:00-12:00 arası sərbəst buraxıblar. Bu müddət ərzində onunla oğlu Tural Sadıqlının “dövlətçiliyə zidd” fəaliyyəti ilə bağlı suallar veriblər. Ə.Sadıqlının bildirdiyinə görə, polis bölməsində aparılan söhbətlərdə T.Sadıqlının yazılarını, Avropada keçirilən aksiyalardakı fotolarını göstərərək bunu dövlətə qarşı çıxmaq kimi dəyərləndiriblər.
Fevral ayının 20- də Tural Sadıqlının Ağdamda yaşayan əmisi Zahir Sadıqovin evinə polislər gələrək onu Ağdam rayon polis şöbəsinə aparıblar. Onu polis şöbəsində səhər saatlarından saat 16:00-ya qədər saxlayıb Tural Sadıqlının fəaliyyəti ilə bağlı suallar veriblər, ona qardaşı oğluna təsir göstərməyə məcbur ediblər və sonra sərbəst buraxıblar.
23 fevral 2018- ci il tarixdə isə işlədiyi yerdən mülki geyimli şəxslər tərəfindən Tural Sadıqlının qardaşı Elgiz Sadıqlı oğurlanaraq naməlum istiqamətə aparılıb. Ailə üzvləri tərəfindən dəfələrlə DİN- nin 102 xidmətinə, Sabunçu Polis İdarəsinə, məhkəməyə müraciət edilsə də ondan xəbər tutmaq mümkün olmayıb. Yalnız 4 gün sonra məlum olub ki, Elgiz Sadıqova inzibatı həbs cəzası verilib və o, Binəqədi Müvəqqəti Saxlama Təcridxanasındadır. Bakı Apelliyasiya məhkəməsində məlum olub ki, həbs edilən gün Elgiz Sadıqova məcburi qaydada zor tətbiq edərək narkotika qatılmış çay içirdib ekspertizaya aprıblar ki, onun narkotika istifadəçisi olmasına dair lazımi rəy alsınlar. Məlum olub ki, məhkəmə qərarından sonra da Elgiz Sadıqlı Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilməli olduğu halda qeyri- qanuni olaraq 4 gün Sabunçu rayon polis idarəsində saxlanılıb ağır işgəncələrə məruz qalıb. Dəfələrlə onun bədəninə elektrik cərəyanı buraxılıb və bildiriblər ki, siz (Sadıqlı ailəsi- red.) vətən xainlərisiniz, vətən xainlərini biz belə edirik. Elgiz Sadıqovun məhkəmədə bildirdiyinə görə onun səhəti ağırdır, daxili orqanlarında güclü ağrılar var. Müayinə və müalicəyə ehtiyacı var.

Almaniyada yaşayan mühacir Camal Seydilinin yeznəsi Aydın Məmmədovu 20 fevral 2018- ci ildə polisin qanuni tələblərinə tabe olmamaq ittihamı ilə həbs edərək ona 30 sutka inzibati həbs cəzası verilib. C. Seydili bildirib ki, yeznəsini onun siyasi fəalığına və facebook səhifəsində yazdığı tənqidi statuslara və Almaniyanın Bonn şəhərində BMT- nin binası önündə keçirdikləri aksiyaya görə həbs olunub.

Bu yaxınlarda Almaniyanın Berlin və Bonn (06 fevral və 14 fevral 2018- ci il- red.) şəhərlərində siyasi məhbuslara azadlıq tələbi ilə keçirilən aksiyaların fəal iştirakçılarından olan mühacir Elmir Şirəliyevin yeznəsi, ev təmiri işləri ilə məşğul olan Abuzərov Abdulla Səməd oğlu 17 fevral 2018- ci ildə Bakı şəhərində iş yerindən polisə aparılıb polisə müqavimət adı ilə 30 sutka inzibati həbs cəzasına məruz qalıb.
Bu siyahını uzatmaq olar. Hakimiyyətin saxta seçki oyununu ifşa edən, ölkədə hökm sürən talançılığa, korrupsiyaya etiraz edən, siyasi məhbuslara azadlıq tələb edən siyasi mühacirlərin qohumları əsassız olaraq təzyiqlərə və həbslərə məruz qalırlar.
Demokratik Qüvvələrin Milli Şurası bir daha hakimiyyəti öz fikirlərini azad şəkildə ifadə edən insanlara və onların qohumlarına qarşı həyata keçirdiyi qanunsuz, qisasçı mövqedən çəkinməyə, repressiyaları durdurmağa, həbs olunan bütün şəxsləri qeyd- şərtsiz azad etməyə çağırır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button