2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Milli Şurada mühüm müzakirələr

Milli Şuranın Koordinasiya Mərkəzi növbəti toplantısını keçirib. İclasda bir sıra aktual məsələlər müzakirə olunub.

Koordinasiya Mərkəzi əvvəlcə Azərbaycan rəsmilərinin Avropa Birliyi ilə inteqrasiya tərəfdarı olmadıqlarına dair bəyanatlarına qiymət verib. Qeyd olunub ki, belə bəyanatlar və Azərbaycanın AB ilə strateji tərəfdaşlıq sazişini imzalamaması hər şeydən əvvəl indiki hakimiyətin özünün təsdiq etdiyi milli təhlükəsizlik konsepsiyasına ziddir. Həmin konsepsiyada məhz Avropaya inteqrasiya ölkəmizin xarici siyasət istiqamətlərindən biri kimi müəyyənləşib.

Bundan başqa, xüsusi olaraq qeyd edilib ki, AB ilə inteqrasiya milyonlarla sadə azərbaycanlı üçün əlavə imkanlar yaradardı, Azərbaycanın iqtisadi inkişafına töhvə verərdi, ölkəyə xarici sərmayə axınına səbəb olardı, iqtisadiyyatımızın Avropa bazarları üçün açılmasına, təkcə demokratiya və insan haqları sahəsində deyil, həm də sosial-iqtisadi sahədə, o cümlədən, təhsilin, səhiyyənin, sosial müdafiənin güclənməsi istiqamətində islahatlara gətirib çıxarardı. Bütün bunlara nəzərən, Azərbaycan hakimiyyətinin bu addımı atmaması xalqımızın maraqlarına vurulan ciddi zərbədir.

Saytların yığılması Saytlarin yigilmasi

İclasda həmçinin 2015-ci ilin Nardaran əməliyyatından sonra həbs edilənlərdən daha bir qrupuna bugünlərdə oxunan hökmə münasibət bildirilib. Qeyd olunub ki, “Nardaran işi – 3” şərti adı ilə keçirilən bu məhkəmədə 12 nəfərlik qrupa olduqca ağır, uzunmüddətli (12 il yarımdan 17 ilə qədər) azadlıqdan məhrumetmə cəzaları verilib. Koordinasiya Mərkəzi xüsusi olaraq vurğulayıb ki, indiyə qədər Nardaran işi üzrə bir sıra beynəlxalq ekspertlər də mövqeyini bildirib və artıq qəbul olunur ki, bu hadisə bütövlükdə Tale Bağırzadənin başçılıq etdiyi Müsəlman Birliyi Hərəkatına qarşı təxribat məqsədilə təşkil edilib, ittihamlar quramadır. Milli Şura inanclı şəxslərin qurama ittihamlarla uzunmüddətli həbsini siyasi repressiya aktı kimi qiymətləndirir.

İclasda AXCP sədrinin müavini Gözəl Bayramlının məhkəməsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, bu xanım siyasətçi səhhətində ciddi problemlər olmasına da baxılmadan, 6 aydan artıqdır əsassız yerə həbsdə saxlanılır. Ona qarşı ittihamın qurama olduğu artıq bütün dünyaya məlumdur. İrəli sürülən ittihamın saxtalığı ifşa olunsa da, hakimiyyət prosesi süni şəkildə uzadır və G.Bayramlını həbsdə saxlamaqla ondan apardığı prinsipial, ardıcıl mübarizənin qisasını alır. MŞ Koordinasiya Mərkəzi G.Bayramlıya qarşı bu qərəzli münasibəti bir daha qətiyyətlə pislədiyini və Gözəl Bayramlı başda olmaqla bütün siyasi məhbusların dərhal azad olunmasını tələb etdiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button