2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Milli Şuranın 26 yanvar mitinqinə icazə verilmədi


Əli Kərimli: “Mitinqə icazə verilməməsi rejimin xalqdan qorxduğunun göstəricisidir”

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının 26 yanvara təyin etdiyi mitinqin keçirilməsinə icazə verməyib. İcra hakimiyyətinin Milli Şuraya cavab məktubunda belə deyilir.

AXCP sədri Əli Kərimli Meydan TV-yə deyib ki, hakimiyyətin mitinqə icazə verməməsi qanunsuzdur və ölkədə sərbəst toplaşma azadlığının tamamilə qapadılması deməkdir.

“Onsuz da ölkədə sərbəst toplaşma azadlığı yox idi. Regionlarda mitinqlərə icazə verilmirdi, Bakı şəhərində bir qapalı stadionda bu imkan var idi. Bütün maneələri aşaraq 19 yanvar aksiyasına o qədər çox insan gəldi ki, hökumət müxalifətdən qorxdu. Nəticədə sərsəm bəhanələrlə 26 yanvar mitinqinə razılıq vermədi. Bu, hakimiyyətin xalq qarşısında qorxusunun etirafı idi,” – AXCP sədri bildirib: – 
“Bir daha təkrar edirəm, qərar qanunsuzdur, rejimin xalqdan qorxduğunun göstəricisidir”.

Saytların yığılması Saytlarin yigilmasi

AXCP sədri düşünmür ki, hakimiyyətin mitinqə icazə verməməsi hansısa tərəfin xeyrinədir:

“Çünki biz ölkədə siyasi proseslərin sivil qaydada getməsində maraqlıyıq. Əslində, şəhər rəhbərliyinin cavab məktubu rejimin xalqdan qorxduğunu və müxalifəti artıq zəif saymadığının, düşərgənin potensialı qarşısında bütün son hüquqi imkanları da qapatdığının etirafıdır. Bu mənada qərar özü heç kimin xeyrinə olmasa da, daha çox hökumətin əleyhinədir. Hakimiyyətin acizliyini, xalqdan qorxduğunu etiraf edən bir addımdır”.

Əli Kərimli bildirib ki, hazırda Milli Şura və AXCP müzakirələr aparır, günün sonunda qərar elan ediləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button