2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmManşet

Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov Bakıya gəldi – FOTOLAR

Tanınmış ziyalı, kinorejissor Rüstəm İbrahimbəyov 80 illik yubileyini keçirmək üçün Bakıya gəlib. Az24saat.org xəbər verir ki, bu barədə rejissor Əli İsa Cabbarov və professor Qulu Məhərrəmli sosial şəbəkədə məlumat və fotolar paylaşıblar.

Qulu Məhərrəmli yazıb ki,  həm Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin iclası keçirilir, həm də ittifaqın sədri Rüstəm İbrahimbəyovun 80 illik yubileyi qeyd ediliub. 

Restorandan keçirilən ziyafətdən paylaşdığı fotoda Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov,  kinorejissor Tahir Tahiroviç, şair Baba Vəziroğlu, Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev və başqa tanınmış şəxslər də yer alıb.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov 2013-cü il prezident seçkilərində iştirak qərarından sonra Azərbaycana qayıtmaqdan imtina etmişdi.

Onun barəsində hər hanası cinayət araşdırması olmasa da, İbrahimbəyov həbs təhlükəsini nəzərə alıb Azərbaycana gəlmədiyini bildirmişdi.

5 fevralda 80 yaşı olan R.İbrahimbəyov bir neçə gün verdiyi açıqlamada Bakı üçün çox darıxdığını və buraya gəlmək istədiyini bildirmişdi. 

 

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button