2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Milli Şuranın Koordinasiya Mərkəzi nələri müzakirə etdi?

Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirilib.

Toplantıda artan qiymətlər, iş yerlərinin kütləvi ixtisarı və işsizlik fonunda əhalinin sosial durumumnun günbəgün pisləşməsi, Azərbaycan hakimiyyətinin vəziyyətdən çıxış yolları aramaq, islahatlara başlamaq əvəzinə cəmiyyət, müxalif fikir üzərinə repressiyaları və təzyiqləri gücləndirməsilə bağlı dərin narahatlıq ifadə edilmişdir.

Belə ki, son toplantıdan ötən qısa müddət ərzində AXCP üzvü Fuad Əhmədliyə qarşı irəli sürülmüş saxta və gülünc “Gülən” ittihamı ağırlaşdırılmış, onun və Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən “Gülən imanı” elan edilmiş daha bir AXCP üzvü Faiq Əmirlinin işi üzrə heç bir istintaq hərəkəti aparılmadığı halda rəsmən az ağır cinayət ittihamı irəli sürülmüş bu şəxslərlə bağlı qəbs-qətimkan tədbiri növbəti dəfə – on ayadək uzadılmışdır. Faiq Əmirliyə qarşı ittiham irəli sürülərkən onun əsas məqsədi Azərbaycan Xalq Cəbhəsi Partiyasını cəmiyyətə və dünyaya dini fanatizm müstəvisində təqdim etmək olmuşdusa, bu gün həmin istintaqın başlıca hədəfi “Azadlıq” qəzetininin və saytının fəaliyyətini əngəlləmək, onun əməkdaşlarını demək olar ki, hər gün istintaqa cəlb etməklə daim təzyiq altında saxlamaq və bu yolla ölkənin yeganə müstəqil qəzetinin kollektivini məhv etməkdir.

Saytların yığılması Saytlarin yigilmasi

Milli Şura Azərbaycanda azad sözün son istinadgahlarından olan “Azadlıq” qəzeti və saytının kollektivinə qarşı bu şantaj və təzyiq siyasətini qətiyyətlə pisləyir, Azərbaycan hakimiyyətindən fikir və söz azadlığına qarşı artan repressiyaları durdurmağı tələb edir. Son günlər daha bir siyasi məhbus- Rüfət Səfərova qarşı növbəti qeyri-insani davranış halı qeydə alınmışdır. Belə ki, o, heç bir səbəb göstərilmədən və əsas olmadan növbəti dəfə karsa salınmış, müxalifyönümlü fəaliyyətini davam etdirəcəyi halda daha ciddi təhdidlərlə üzləşəcəyilə hədələnmişdir. Görünür, hakimiyyət vəzifəsindən istefa verən keçmiş müstəntiqə qarşı hələ də çox qəzəblidir və onun nümunəsinin yayılmasının qarşısını belə işgəncə xarakterli tədbirlərlə almağı qərarlaşdırıb. Koordinasiya Mərkəzinin üzvləri siyasi məhbus, “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadənin toyuna təbrik məktubu göndərdiyi Fikrət Məmmədovun və bu məktubu ünvana çatdırmış Əhsən Nuruzadənin buna görə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılaraq təzyiq və təhdidlərə məruz qoyulmasını rüsvayçı bir hadisə kimi qeyd etmiş və etirazını bildirmişlər.

Kordinasiya Mərkəzi ABŞ Dövlət Departamentinin İnsan Hüquqlarına dair İllik Hesabatını təqdir etmiş, orada Qarabağ və ətraf rayonların Ermənistanın dəstəyilə işğal edilməsi və nəzarətdə saxlanması faktının, habelə ölkəmizdə insan hüquqlarının və demokratiyanın vəziyyətilə bağlı bir çox mühüm məqamların yer aldığını məmnunluqla qeyd etmişdir. Toplantıda çıxış edənlər bu Hesabatın insan hüquqlarının ölkəmizdəki acınacaqlı durumna tam adekvat, obyektiv olduğunu, onu hərtərəfli və geniş bir şəkildə əks etdirdiyini xüsusi vurğulamışlar. Toplantıda hökumətin Hesabatda yer alan insan hüquqlarını kobud şəkildə pozulması, işgəncə, təqib və s. faktlarla bağlı Azərbaycan və dünya ictimaiyyəti qarşısında izahat verməli olduğu bildirilmişdir.

Milli Şura eyni zamanda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Koalisiyasının fəaliyyəti çərçivəsində Azərbaycan iqtidarının fəaliyyətini kəskin pisləmişdir. Toplantıda hökumətin QHT sektorunda özünün yaratdığı süni problemləri aradan qaldırmaq, QHT fəaqliyyətinin qanunvericilik bazasını təkmilləşdirmək, vətəndaş cəmiyyəti üzvlərinin həbsinə, təqibinə, hərəkət azadlığına, müstəqil QHT-lərin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlərə son qoymaq əvəzinə QHT-lərə Dövlət Dəstəyi Şurası vasitəsilə bəzi təşkilatların şirniləndirilərək ələ alınması, ümumi maraqlara qarşı istifadə edilməsi ənənəsi çox çirkli və rüsvayçı bir təcrübə kimi qətiyyətlə pislənilmişdir. Toplantı iştirakçıları ölkənin milli maraqlarını şəxsi maddi maraqlarından üstün tutan bütün vətəndaş cəmiyyəti fəallarını ölkəmizi beynəlxalq miqyasda rüsvay edən və Azərbaycanda sivil cəmiyyət quruculuğuna zərbə vuran bu unancverici fəaliyyəti ifşa etməyə ona qarşı səfərbər olmağa çağırmışdır.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button