Now Reading:
Milli Şuranın mitinq keçirməsinə yenə icazə verilmədi

Milli Şuranın mitinq keçirməsinə yenə icazə verilmədi

Səbəb kimi aksiya keçirilən məkana yaxın yerdə yaşayanların narazı olması göstərilib

Milli Şuranın martın 2-də  mitinq keçirilmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə etdiyi müraciətə rədd cavabı verilib.

Bunu Meydan TV-ə AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn deyib.

Onun sözlərinə görə, icra hakimiyyəti cavabını onunla əsaslandırıb ki, Milli Şuranın yanvarın 19-da keçirilmiş mitinqində qanunvericiliyin tələbləri pozulub. Bundan başqa bildirilib ki, aksiya keçirilən məkana yaxın ərazilərdə yaşayan vətəndaşlar, orada fəaliyyət göstərən sahibkarlar narazılıq edirlər.

Milli Şura mitinqi siyasi məhbuslara azadlıq, Azərbaycandan kənara çıxarılan vəsaitlərin ölkəyə qaytarılması, 2015-ci il devalvasiyalarından sonra əhalinin yaranmış kredit borclarının silinməsi, tələblərin xaricidə təhsilinə dövlət dəstəyinin artırılması tələbi ilə keçirmək istəyirdi.

Yanvarın 19-da keçirilən aksiyadan sonra bu Milli Şuraya icazə verilməyən üçüncü mitinqdir.

Bundan əvvəl Milli Şura Bakı Şəhəri İcra Hakimiyyətinə yanvarın 26-da, fevralın 23-də mitinq keçirmək üçün müraciət etmişdi.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.