2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Milli Şuranın mitinq təşkilatçıları BŞİH-ə xəbərdarlıq göndərib

Artıq mitinqin şüarları da bəllidir

Saytların yığılması Saytlarin yigilmasi

Milli Şuranın keçirəcəyi mitinqin təşkilatçıları Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq göndəriblər. AXCP sədri Əli Kərimli “Turan”-a belə deyib. 

O, mitinqin təşkilatçılarının Milli Şuranın üzvləri – hüquqşünas Namizəd Səfərov, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu, hüquq müdafiəçisi Oqtay Gülalıyev, AXCP Gənclər Komitəsinin sədri İlham Hüseynli olduğunu bildirib. 

Əli Kərimli mitinqin şüarının da artıq bəlli olduğunu deyib. Şüar “Korrupsiyaya son, Monarxiyaya yox!”, “Siyasi məhbuslara azadlıq!”, – olacaq. 

Milli Şura aprelin 9-u saat 15:00-da Bakıda “İnşaatçılar” metro stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda mitinq keçirmək barədə qərar qəbul edib.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button