2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Milyarderlər İttifaqı”nın 2018 projesi: II İbrahimbəyov kimdir? – Özəl

2013-cü il prezident seçkiləri ərəfəsində bir ajiotaj yaşanırdı. Hakimiyyət “rus mətbəx”ində hazırlanan ssenaridən narahat idi.

“Milyarderlər ittifaqı” adını almış oliqarxların birliyi İlham Əliyev hakimiyyətinə qarşı “saman altdan su yeritmək” siyasətini yürüdürdü.

Bu cəbhədə baş nazirin keçmiş müavini Abbas Abbasov, iş adamı Söyün Sadıqov, hətta Araz Ağalarov, Vahid Ələkbərov və başqalarının adları çəkilirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Seçkilər ərəfəsində A.Abbasovun tələm-tələsik Bakıya gəlməsi və İ.Əliyevlə təkbətək görüşü də yaddaşlardan silinməyib.

Sonralar müsahibələrinin birində etiraf etdi ki, onun Azərbaycana gəlişi yasaqlanıb. Növbəti zərbə isə oğluna – Aydın Abbasova vuruldu, o, 2015-də deputatlığa mandat ala bilmədi.

24saat.org-un xəbərinə görə, kimisinin Kreml, kimisinin Qərb projesi adlandırdığı bu planın tərkib hissəsi kimi Demokratik Qüvvələrin Milli Şurası göstərilirdi.

Buna da səbəb “Milyarderlər ittifaqı” üzvü olan Oskar mükafatçısı, tanınmış ssenarist Rüstəm İbrahimbəyovun Milli Şuranın seçkilərdə vahid namizəd seçilməsiydi. Hakimiyyət Milli Şuradakı ənənəvi qüvvələrdən yox, Rusiyadakı lojadan ehtiyat edirdi.

Seçki ajiotajı o həddə idi ki, İbrahimbəyov 2013-cü ilin Rəsul Quliyevinə çevrilmişdi. Hamı onun gələcəyini gözləyirdi. Hətta Müsavatın o zamankı başqanı İsa Qəmbər mesaj vermişdi ki, Rüstəm bəy Bakıya gəlsin və 100 minlik mitinq keçirsin.

Amma R.İbrahimbəyov da R.Quliyevin analoji addımını atdı və gəlmədi. Bunu həbs təhlükəsi olması ilə izah etməyə çalışdı.
Seçki bitdi, Müsavat MŞ-nı tərk etdi, sonra KXCP və başqa təşkilatlar da birlikdən qopdu, İbrahimbəyovun ikili vətəndaşlığına görə yerinə Cəmil Həsənli vahid namizəd seçildi.

Buna qədər isə Rusiya prezidenti Vladimir Putin hərbi donanma ilə Xəzərdən Bakıya daxil oldu və İ.Əliyevlə görüşdən sonra ajiotaj səngidi. Yekun nəticə beləydi – Moskva “Milyarderlər ittifaqı”nın əli ilə hakimiyyətə seçkidə “əzələ” nümayiş etdirdi.
24saat.org-un xəbərinə görə, 2018-ci il seçkilərində də Kremlin “bunker”inin fəaliyyətini aktiv fazaya keçirəcəyi gözləntisi var.
Bunun ilkin simptomları müşahidə olunmaqdadır. Lakin bu dəfə R.İbrahimbəyovun yerinə hansı namizəd olacağı sual doğurur. Çünki kinorejissor layihəsi uğursuzluğa düçar oldu və cəmiyyətdə olan inamı itirdi.

Həmin namizədin İlham Rəhimov, Fərhad Əhmədov timsalında meydana çıxacağı istisna edilmir. Lakin hər iki oliqarxın iqtidarla normal münasibətləri var.

Bununla belə, siyasətdə “insan çiy süd əmib” deyimi keçərlidir və İ.Əliyevlə badə qaldırmış R.İbrahimbəyovun da nə vaxtsa ona qarşı mövqedə dayanacağını gözləmək olmazdı. Həmçinin, sürpriz ad olacağı da ehtimal edilir.

İlkin qığılcımlardan biri budur ki, Rusiyanın Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib.

Yəhudi əsilli YAP-çı deputat da Kremlin yeni planlarını çizməyə çalışıb. Deputat Yevda Abramov müsahibəsində Moskvanın yeni seçki projesindən danışıb.

Sitat: “Ümumiyyətlə, hər dəfə prezident seçkilərinə təqribən bir il qalmış Kremlin ssenristləri, Moskvanın politoloqları, xüsusilə də SSRİ-nin Avrasiya İttifaqının tərəfdarları bu təşkilata daxil olmaq istəməyən, hələlik üzvü olmayan dövlətlərə qarşı təsir rıçaqlarını işə salırlar.

İndi mən dəqiq deyə bilmərəm ki, bu, Vladimir Putinin ssenarisinin bir hissəsidir. Amma onu da deyə bilmərəm ki, bundan Putinin xəbəri yoxdur.

Çünki Rusiya kimi dövlətin ədliyyə naziri Ümumrusiya Azərbaycan Konqresi barədə Ali Məhkəməyə müraciət edibsə, o bunu yuxarı orqanların məsləhəti olmadan edə bilməzdi.

Bunu Azərbaycan xalqı və dövləti də çox gözəl başa düşür. Ona görə də bu məsələ Milli Məclisdə çox düzgün olaraq geniş müzakirə olunub.
Hesab edirəm ki, Rusiya ilə Azərbaycanın arasına girən qüvvələr mövcuddur. Ona görə də yenidən Azərbaycanın daxilində qarşıdurma və təlatüm yaratmaq üçün 2012-ci ilin seçkiləri ərəfəsində “Milyarderlər İttifaqı” kimi, oxşar hadisələr baş verə bilər.

Bütün bu gözləntilərin real olub-olmaması məsələsi Rusiya Ali Məhkəməsinin qərarından sonra bəlli olacaq.

Əgər Rusiyanın Ali Məhkəməsi qanunsuz yerə Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi barədə qərar verərsə, o zaman rəsmi Moskvanın iç üzü açılacaq.

Yaxud əksinə olarsa, həmin qüvvələrin geri çəkilməsi barədə mesaj əldə olunacaq. Mən inanıram ki, həmin qüvvələr geri çəkiləcəklər.
Ona görə də əgər Rusiyanın Ali Məhkəməsi Ədliyyə Nazirliyinin müraciətini qəbul edərsə, o zaman çox keçməz, onların uydurduğu namizəd də ortaya çıxa bilər”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button