2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Minadan 36 nəfər ölüb

Bu gün, dekabrın 9-da Şuşa rayonu ərazisində iki nəfər mülki şəxs minaya düşüb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, “Voltac” podratçı şirkətinin əməkdaşı Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı Vüsal Bəndəliyev təmir-tikinti işləri apararkən minaya düşmələri nəticəsində həlak olublar.

Saytların yığılması Saytlarin yigilmasi

10 noyabrdan sonra minaya düşənlər

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ötən il noyabrın 10-dan hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub: “109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.

Azərbaycan 10 noyabr razılaşmasından sonra saxladığı Ermənistan hərbçilərinin bir çoxunun geri qaytarılması əvəzi işğaldan azad edilən bəzi rayonlarla bağlı mina xəritələrini aldığını açıqlayıb. Amma sonradan da bu xəritələrin böyük ölçüdə həqiqəti əks etdirmədiyindən şikayətlər dilə gətirilib. Ermənistan tərəfindən, hələlik, bu şikayətlərə münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Bu döyüşlərdə Azərbaycanın 3 minə yaxın hərbi qulluqçu itirdiyi açıqlanıb.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında razılaşmaya əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Onda isə Azərbaycan tərəfdən həlak olanların sayı 16 min civarında açıqlanmışdı.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button