Now Reading:
Mingəçevirdə pensiya maxinasiyaları üzə çıxdı

Hesablama Palatasının Kollegiyası 01.01.2016-01.07.2017-ci il dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsi (Şöbə) üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri ilə bağlı Hesabatı təsdiqlənib.

Hesablama Palatasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, təqdim edilmiş məlumatlara əsasən 2016-cı ildə təsdiq edilmiş 8015,5 min manat həcmində proqnoza qarşı Şöbə tərəfindən 6663,9 min manat vəsait yığılıb, proqnoz 83,1% səviyyəsində icra edilib.

Audit olunan dövrdə yeni pensiya təyinatlarının 102 ədədi (6,2%-i) üzrə sığorta stajı məhkəmə tərəfindən müəyyən olunub, 138 pensiya işi üzrə (8,4%-i) pensiya təyinatı öhdəliyi Şəki İnzibati-İqtisad Məhkəməsi tərəfindən Şöbəyə həvalə olunub, 8 pensiya işi üzrə pensiya hüququna Apellyasiya məhkəməsi tərəfindən baxılıb.

Şöbə tərəfindən pensiya təyinatı və ödənişi üzrə bəzi nöqsanlara yol verilmiş, 2016-cı ilin oktyabr ayınadək ərizələrin qeydiyyatı jurnalında pensiya təyinatı üçün müraciət edən şəxslərin müraciət etdiyi gündə deyil, pensiya təyin edən komissiyanın qərarının qəbul olunduğu tarixdə qeydiyyatdan keçirilmiş, bir sıra hallarda pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sığorta) stajları haqqında məlumatlar, güzəştli iş stajına görə yaşa görə əmək pensiyası təyinatı zamanı güzəştli iş stajı tam dəqiqləşdirilmədən və bir sıra zəruri sənədlər olmadan pensiya təyinatı aparılıb.

Araşdırma zamanı müəyyən edilib ki, 2016-cı ildə və 2017-ci ilin aprel ayınadək Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi V(EMTAS) tərəfindən heç bir əməkdaşa müayinə barədə tapşırıq göndərilməyib, Şöbədə heç bir işçinin gücləndirilmiş elektron imzası aktiv olmayıb, bütün təyinatlar ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilmədən aparılıb.

Auditin gedişində seçmə qaydada monitorinqlər təşkil edilib, nəticədə ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, pay torpağından gəlirlərin nəzərə alınmaması kimi ümumi nöqsanlarla yanaşı, ailənin istifadəsində avtomobilin olmasının VEMTAS tərəfindən aşkar edilməməsi kimi spesifik nöqsanlara da rast gəlinib.

Hesablama Palatasının Kollegiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şöbəsi tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. Qərarın icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şöbəsinə müvafiq Təqdimat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə Kollegiya Qərarının surəti göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.