2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mingəçevir şəhər İcra Hakimiyyətinin həmtəsisçisi olduğu qəzet acınacaqlı durumda

“Mingəçevir” qəzetinin kollektivi məcburi məzuniyyətə göndərilib

Son vaxtlar olduqca ağır və acınacaqlı iqtisadi durum müxtəlif təşkilatlarda işçilərin məcburi məzuniyyətə göndərilməsiylə nəticələnir. I Avropa Oyunları, “Formula-1” yarışları və “İslamiada” tipli turnirlərə ətək-ətək pul xərcləyən hökumət büdcədən maliyyələşən və onsuz da qəpik-quruş alan işçilərin əmək haqlarını ödəmək iqtidarında deyil.
“Azadlıq”a daxil olan məlumata görə, bu taleni yaşamaq sırası həmtəsisçisi Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının aparatı olan “Mingəçevir” qəzetinin kollektivinə də çatıb. Belə ki, may ayından qəzetin 9 nəfərdən ibarət kollektivi ödənişsiz məzuniyyətə göndərilib. Rəhbərlik işçilərə bu addımını qəzetə abunə yazılışı kampaniyasının çox aşağı səviyyədə olması və maliyyə çatışmazlığıyla izah edib. Qərar narazılıqla qarşılansa da bu, heç nəyi dəyişməyib.
Qeyd edək ki, “Mingəçevir” qəzetinin tirajı 1000 nüsxədən cüzi çoxdur. Şəhər əhalisinin sayının 120 mini ötdüyünü nəzərə alsaq, bu rəqəm heç nədir. Əsasən abunə yoluyla yayılan qəzetdə qonorar sistemi uzun illərdir ləğv olunub. Əksər əyalət qəzetləri kimi yarandığı gündən yerli icra hakimiyyəti aparatının ruporu funksiyasını yerinə yetirən “Mingəçevir”in səhifələrində tənqidi və araşdırma xarakterli materiallara, demək olar, yer ayrılmayıb. Müstəqil mövzuda yazılar hazırlamaqda zorluq çəkən qəzetin icra hakimiyyətindən asılılığının aradan qaldırılması istiqamətində isə indiyədək heç bir addım atılmayıb.

Azər

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button